BAKI, AzerVoice, Nailə Babazadə
Balıkesir şəhərinin Sındırgı rayonunda 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.
Yeraltı təkanlar bu gün saat 16:25-də baş verib. Zəlzələnin yerin təxminən 11,1 kilometr dərinliyində baş verdiyi bildirilib.
Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.
Qeyd edək ki, 27 oktyabrda Balıkesirde Sındırgı mərkəzli 6,1 bal gücündə zəlzələ baş vermiş, bu zəlzələ İstanbul və ətraf şəhərlərdə də hiss olunmuşdu. Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya zəlzələdən sonra bildirib ki, ölüm halı qeydə alınmayıb, lakin istifadəsiz 3 bina və 1 dükan dağılıb. Tədbir məqsədilə Balıkesir şəhərində bütün məktəblər bir gün bağlanıb.
Həmçinin, Balıkesir Sındırgı zəlzələsi Manisa şəhərinə də təsir göstərib. 26 evdə zərər aşkarlanıb və bir çox insan panik səbəbindən xəsarət alıb. Manisa valisi Vahdettin Özkan 5 rayonda təhsilə bir günlük fasilə verildiyini açıqlayıb.