Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə-Rusiya görüşü - Ərdoğan Putinlə ilə sülh səylərini müzakirə etdi

    13 Dekabr 2025 15:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb və Rusiya prezidenti Vladimir Putinlə görüşünü şərh edib.

    AzerVoice xəbər verir ki, Ərdoğan bildirib ki, görüşdə əsas mövzu Rusiya-Ukrayna münaqişəsinin dayandırılması və sülh səyləri olub.

    "Putinlə olduqca məhsuldar və dərin müzakirələr apardıq. Ona hər an hazır olduğumu bildirdim və ən qısa zamanda görüşməli olduğumuzu müzakirə etdik. O da mənə 'sözümü yerinə yetirəcəyəm' dedi. Ümid edirəm ki, bu səfər yaxın zamanda reallaşacaq", - deyə o bildirib.

    Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər yalnız gündəlik maraqlara əsaslanan əlaqələr deyil. Onun sözlərinə görə, bu münasibətlər köklü tarix, güclü diplomatik baza və qarşılıqlı etimad üzərində qurulub.

    Ərdoğan qeyd edib ki, Türkiyə münaqişənin tezliklə sona çatmasını dəstəkləyir və bu mövqeyi bütün tərəfdaşlara açıq şəkildə çatdırır.

    "Görüş zamanı əsasən müharibə və sülh səylərini müzakirə etdik. Türkiyənin bu məsələdə mövqeyi bütün tərəfdaşlar tərəfindən yaxından bilinir"- deyə Ərdoğan bildirib.

    Türkiyə lideri Türkmənistan səfərini həmçinin ölkənin daimi neytrallığının 30-cu ildönümü münasibətilə keçirilən tədbirlərlə əlaqələndirib və bu tədbirlərin BMT tərəfindən elan olunmuş “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” çərçivəsində keçirilməsinin mərasimlərə əlavə mənəvi dəyər qazandırdığını vurğulayıb.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Rusiya #Moskva #Vladimir Putin #Ankara #Ukrayna-Rusiya müharibəsi #Rusiya və Türkiyə Ukrayna üzrə diplomatik səyləri müzakirə edib
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "Qalatasaray" "Real"ın müdafiəçisi ilə maraqlanır

    13 Dekabr 2025 16:49

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    13 Dekabr 2025 15:30

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    "Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi düşünür

    13 Dekabr 2025 14:10

    İstanbul üçün ciddi xəbərdarlıq - Zəlzələlər şəhərə doğru addım-addım irəliləyir

    13 Dekabr 2025 13:59

    Qazaxıstan və Türkmənistana etdiyim son səfərlər müsbət və konstruktiv nəticələr verdi - Pezeşkian

    13 Dekabr 2025 11:59

    Ərdoğan Türkmənistanda Putinlə görüşüb

    12 Dekabr 2025 14:49

    Rusiyanın növbəti hədəfi bizik - Rutte

    12 Dekabr 2025 11:46

    Türkiyə sülh və vasitəçilik sahəsində dünyada öndə gedən ölkələrdən biridir - Ərdoğan

    12 Dekabr 2025 10:28

    Türkiyə nöqtəni qoyur: Suriya düyünü son həddə çatır

    11 Dekabr 2025 18:36

    Putin və Ərdoğan Türkmənistanda görüşəcək

    11 Dekabr 2025 13:49
    Demo
    XƏBƏR LENTİ

    "Qalatasaray" "Real"ın müdafiəçisi ilə maraqlanır

    Mançester Yunayted rekord borcla üzləşib

    Azərbaycan və Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirilib

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    Türkiyə-Rusiya görüşü - Ərdoğan Putinlə ilə sülh səylərini müzakirə etdi

    Hindistanda Messinin olduğu stadionda iğtişaş yaşanıb

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.