Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Türkiyənin Ticarət naziri Ömər Bolat, ABŞ-da çox məhsuldar görüşlər keçirdiklərini və iki ölkə arasındakı ticarət həcmini 100 milyard dollar hədəfinə çatdırmaq üçün işlərin davam edəcəyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, Bolat, ABŞ-da aparılan yüksək səviyyəli görüşlər və ikili iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə aparılan danışıqlar açıqlama verib.

    O bildirib ki, Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında sentyabr ayında baş tutmuş görüş iki ölkə münasibətlərində mühüm dönüş nöqtəsi olub. Bu görüşün siyasi əlaqələr və regional böhranların həllində Türkiyə və ABŞ arasındakı əməkdaşlığa sürət qazandırdığını vurğulayıb.

    "İki lider daha əvvəl də iki ölkə arasında ticarəti 100 milyard dollara çıxarmaq hədəfini açıqlamışdı. Biz isə ticarət nazirləri olaraq bunun həyata keçirilmə yol xəritəsini işləməliyik" – deyə Bolat qeyd edib.

    Bolat bildirib ki, Vaşinqtondakı səfəri çərçivəsində ilk olaraq ABŞ Ticarət Nümayəndəsi Jamieson Greer və heyəti ilə 1,5 saatlıq geniş görüş keçirilib. Daha sonra ABŞ Ticarət Palatasının ev sahibliyi etdiyi toplantıda, Türkiyədə yatırımları olan təxminən 20 böyük Amerikan şirkətinin rəhbərləri ilə işgüzar müzakirələr aparılıb. Səfərin son mərhələsində isə ABŞ Ticarət Naziri Howard Lutnick ilə ətraflı görüş olub.

    "İki ölkə heyətləri arasında texniki səviyyədə məsələlər işlənəcək. Türkiyə ilə ABŞ arasında keçən il 34 milyard dollar, bu il isə 38 milyard dollar olan ticarəti, gələn il rahatlıqla 40 milyard dolların üzərinə çıxarıb orta və uzun müddətdə 100 milyard dollar hədəfinə çatdırmaq üçün işlər davam edəcək"- deyə o bildirib.

    Görüşlərdə ticarət qaydaları, qanunvericilik, Türkiyəyə daha çox Amerikan sərmayəsinin cəlb edilməsi və gözləntilər müzakirə olunub. Bolat bildirib ki, ABŞ-ın 2 mindən çox şirkəti Türkiyədə 15,5 milyard dollardan çox sərmayə qoyub.

    O həmçinin, Türkiyə və ABŞ arasında son illərdə rəqəmsal xidmətlər, enerji, aviasiya və müdafiə sənayesi sahələrində artan sərmayə və əməkdaşlıq imkanlarına toxunub.

    Google şirkətinin Turkcell ilə birlikdə 3 milyard dollarlıq sərmayə planını buna nümunə göstərən Bolat, digər şirkətlərin də oxşar planları olduğunu bildirib.

    O qeyd edib ki, son 22 ildə Türkiyəyə 280 milyard dollar birbaşa sərmayə daxil olub, bu ilin ilk 9 ayında isə birbaşa xarici sərmayə 45 faiz artaraq 11,4 milyard dollara çatıb.

    O həmçinin enerji, hava yolu nəqliyyatı, müdafiə sənayesi, yenilənəbilən enerji və rəqəmsal xidmətlər sahəsində əməkdaşlıq imkanlarının böyük olduğunu vurğulayıb.

    #Türkiyə #Türkiyə Ticarət Nazirliyi #Ömər Bolat #ABŞ #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #İkitərəfli münasibətlərin inkişafı #İkitərəfli görüşlər #İkitərəfli əməkdaşlıq müzakirələri #İkitərəfli əlaqələrin dərinləşməsi #100 milyard dollar ticarət hədəfi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    15 Fevral 2026 18:00

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    15 Fevral 2026 17:00

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    15 Fevral 2026 16:00

    Türkiyədən Qırğızıstana xalça ixracı 23 faiz artıb (ÖZƏL)

    15 Fevral 2026 10:00

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    14 Fevral 2026 16:40

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    14 Fevral 2026 10:00

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    14 Fevral 2026 09:20

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    13 Fevral 2026 15:38

    Yanvarda Qazaxıstana hazır geyim tədarükü 55 faizdən çox geriləyib (ÖZƏL)

    13 Fevral 2026 13:10
    XƏBƏR LENTİ

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.