Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail Knesseti UNRWA-nın ofislərinə su və elektrik verilməsinin dayandırılmasını nəzərdə tutan qərarı təsdiqləyib

    17 Dekabr 2025 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrail parlamenti Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ofislərinə elektrik və su təchizatının dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

    AzerVoice-un məlumatına görə, İsrailin Maariv qəzetinin yazdığına əsasən, UNRWA-nın fəaliyyətinin dayandırılmasını və agentliyə məxsus obyektlərə kommunal xidmətlərin kəsilməsini hədəfləyən layihə Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsində ikinci və üçüncü oxunuş üçün təsdiq olunub.

    Qeyd olunur ki, sözügedən qanun layihəsi noyabr ayında keçirilən ilkin səsvermədə 120 yerlik parlamentdə 28 lehinə, 8 əleyhinə səslə qəbul edilmiş, daha sonra müvafiq komitənin müzakirəsinə çıxarılmışdı. Layihənin qanun statusu alması üçün yaxın günlərdə parlamentdə keçiriləcək ikinci və üçüncü oxunuşdan da keçməsi tələb olunur.

    İsrailin energetika naziri Eli Koen məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edərək UNRWA-nın fəaliyyətinə qarşı atılan addımı təsdiqləyib.

    Xatırladaq ki, İsrail parlamenti 2024-cü ilin oktyabrında UNRWA-nın işğal altındakı Şərqi Qüds də daxil olmaqla İsrail ərazisində fəaliyyətinin dayandırılmasını nəzərdə tutan başqa bir qanun layihəsini də qəbul etmişdi. Həmin qərar 1 fevral tarixindən qüvvəyə minib və bunun ardınca UNRWA-nın beynəlxalq əməkdaşları Şərqi Qüdsü tərk edib.

    Ekspertlərin qiymətləndirməsinə görə, UNRWA-nın fəaliyyətinin məhdudlaşdırılması Fələstin ərazilərində yaşayan təxminən 2,5 milyon qaçqının humanitar vəziyyətinə ciddi təsir göstərə bilər.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da fevralın əvvəlində ölkəsinin UNRWA və BMT-nin İnsan Hüquqları Şurası ilə bağlı iştirakını dayandıran sərəncam imzalayıb.

    #İsrail parlamenti UNRWA-nın ofislərinə su və elektrik verilməsinin dayandırılmasını təsdiqləyib #UNRWA ilə bağlı İsrail Knessetində yeni qərar #İsrail UNRWA-nın fəaliyyətinə məhdudiyyətləri genişləndirir #Кнессет одобрил прекращение водо- и электроснабжения офисов БАПОР #Израиль усиливает ограничения в отношении агентства ООН по палестинским беженцам #Решение Кнессета по БАПОР вызвало обеспокоенность #Israeli parliament approves bill to cut water and power to UNRWA offices #Israel moves to further restrict UNRWA operations #Knesset backs measures against UNRWA facilities
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    14 Fevral 2026 21:13

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23
    XƏBƏR LENTİ

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.