BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, 8 dekabr 2024-cü ildən bu günə qədər 509 min 387 suriyalının könüllü şəkildə vətəninə döndüyünü açıqlayıb.
AzerVoice xəbər verir ki, nazir Yerlikaya sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, Türkiyə könüllü geri dönüş prosesində də suriyalıların yanında yer alır. Onun sözlərinə görə, Suriyadakı vəziyyətin dəyişməsi könüllü qayıdışların sürətlənməsinə səbəb olub.
Yerlikaya qeyd edib ki, 2016-cı ildən bəri ümumilikdə 1 milyon 249 min 390 suriyalı könüllü şəkildə vətəninə dönüb.
"Suriyalı qardaşlarımızın geri dönüş prosesini Miqrasiya İdarəsi koordinasiyası ilə böyük həssaslıqla davam etdiririk", – deyə nazir vurğulayıb.