Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib

    29 Sentyabr 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Azərbaycanın mədəniyyət naziri Adil Kərimli UNESCO-nun MONDIACULT 2025 konfransı çərçivəsində keçirilən “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib.
    AzerVoice xəbər verir ki, nazir ev sahibliyinə görə İspaniyaya, təşəbbüsə dəstəyə görə Braziliya və BƏƏ-yə təşəkkürünü bildirib, COP28 və COP29-un nəticələrini xüsusi vurğulayıb. O qeyd edib ki, Bakıda keçirilmiş COP29 mədəniyyətin iqlim fəaliyyətində rolunu gücləndirmək üçün mühüm addım olub və qəbul edilən Bakı Maliyyə Məqsədi qlobal iqlim maliyyələşməsində tarixi dönüş nöqtəsi sayılır.
    Adil Kərimli Azərbaycanın təqdim etdiyi “Culture for Climate” (C4C) təşəbbüsünü xatırladaraq, sabah başlayacaq Bakı İqlim Həftəsində də mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədə rolunun müzakirə ediləcəyini bildirib.
    Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl Dünya naminə Həmrəylik İli”, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonaları və Bakı Prosesi çərçivəsində keçirilən beynəlxalq forumlar Azərbaycanın dayanıqlı gələcəyə sadiqliyini göstərir.
    Çıxışın sonunda o qeyd edib: “Mədəniyyət və ətraf mühit bir-birindən ayrılmazdır. Birgə səylərlə gələcək nəsillər üçün daha dayanıqlı dünya qura bilərik.”

    Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib
    Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib
    Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib
    Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib
    Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib
    Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib
    #Azərbaycan #BƏƏ #Qarabağ #Mədəniyyət Nazirliyi #Adil Kərimli #UNESCO #COP28 #Braziliya #COP29 #Şərqi Zəngəzur
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Emin İbrahimovun vəfatı ilə bağlı Mədəniyyət Nazirliyi başsağlığı verib

    13 Noyabr 2025 19:16

    C-130 təyyarələrinin uçuşları tədbir məqsədilə dayandırılıb - Türkiyə MN

    13 Noyabr 2025 14:22

    Prezident Administrasiyasının rəhbəri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib

    13 Noyabr 2025 14:04

    Göyçayın yeni icra başçısı kollektivə təqdim olunub

    13 Noyabr 2025 13:20

    Kürdəmirin yeni icra başçısı kollektivə təqdim olunub

    13 Noyabr 2025 13:10

    Azərbaycan nümayəndə heyəti Pakistanın Maliyyə Bazarları ilə İkitərəfli Əməkdaşlığı Gücləndirmək üçün Rəsmi Səfərdədir

    13 Noyabr 2025 12:43

    Hazırda məktəbəqədər bir uşağın dövlətə düşən illik xərci təxminən 4500 manat təşkil edir - Emin Əmrullayev

    13 Noyabr 2025 12:38

    Gürcüstanda düşən Türkiyə C-130 təyyarəsindəki son şəhidin də nəşi tapılıb

    13 Noyabr 2025 12:31

    Azərbaycanlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

    13 Noyabr 2025 11:40

    Yanvar-oktyabr aylarında 45,2 min şəxsə əlillik təyin olunub

    13 Noyabr 2025 11:12

    Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib

    13 Noyabr 2025 11:04

    FHN və ƏƏSMN arasında Birgə Fəaliyyət Planı imzalanıb

    13 Noyabr 2025 11:01
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Osmanlı imperiyası cihad elan etdi

    İsrail ordusu Hizbullaha qarşı qabaqlayıcı zərbə strategiyasını işə salır

    Tarixdə bu gün - 14 noyabr

    İlk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək

    Təyyarə qəzasında şəhid olan 20 hərbçinin nəşi Ankaraya gətirilib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı məlum olub

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin cəzalandırılmasına dair prokurorların təklifləri səsləndirilib

    Suriya terrorla mübarizə koalisiyasına rəsmi olaraq qatıldı

    Türkiyə hərbçilərinin cəsədi olan təyyarə Tbilisidən Ankaraya yola düşüb

    Prezident Ərdoğan və Şimali Kipr Prezidenti ortaq açıqlama veriblər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.