BAKI, AzerVoice, Nailə Babazadə
İsraillə əldə olunacaq istənilən razılaşma bölgədə sülhün yayılmasına töhfə verəcək
AzerVoice xəbər verir ki, Əhməd əş-Şəraa bu fikirləri ABŞ-ın Nyu York şəhərində yerləşən Yaxın Şərq İnstitutunda iştirak etdiyi paneldə çıxışı zamanı səsləndirib.
ABŞ mərkəzli X sosial media platformasında İnstitutun paylaşdığı məlumata görə, Əhməd əş-Şəraa çıxışında Suriya xarici siyasətində diplomatik fəaliyyətini sürətləndirdiyini və beynəlxalq ictimaiyyətə dönüş yolunda irəlilədiyini bildirib.
O, Nyu York səfərinin ölkəsinin beynəlxalq ictimaiyyətə dönüşünün bir simvolu olduğunu vurğulayıb.
Şəraa güc tətbiq etməklə İsrailə sülh gətirilməyəcəyini bildirib və vurğulayıb ki, “İsraillə həll yoluna çatmaq üçün diplomatik prosesləri hərəkətə keçirmişik.”
O, “Biz heç kəs üçün təhdid mənbəyi olmayacağıq”, — deyərək, İsrailin 8 dekabr 2024-cü il tarixindən əvvəlki vəziyyətə dönməli olduğunu qeyd edib.
Şəraa Suriyanın parçalanmasından bəhs edilməsinin yalnız Suriyaya deyil, qonşu ölkələrə də zərər verəcəyini vurğulayıb.
“Bu, xüsusilə Türkiyə və İraq üçün keçərlidir.” - deyə qeyd edib.
Suriya prezidenti həmçinin bildirib ki, ABŞ, kürdlərin Suriya ordusuna inteqrasiyası üçün yardımçı rol oynaya bilər.
“Suriyanın sabitliyi onun birliyi ilə bağlıdır. Qonşu ölkələrin təhlükəsizliyi Suriyanın sabitliyindən asılıdır,” — deyə o əlavə edib.
Əhməd əş-Şəraa qeyd edib ki, Suriya hər kəslə eyni məsafədə durmaq niyyətindədir “Biz hamı ilə birlikdə olmaq istəyirik, heç vaxt bir cəbhəyə qarşı digər cəbhədə yer almayacağıq.” - deyə Şəraa əlavə edib.
Suriya Prezidenti həmçinin Suriyanın Süveyda əyalətindəki son hadisələrə də toxunaraq bildirib:
“Orada hər kəsin səhvləri olub, lakin hazırda yeni bir razılaşma və qəlbləri birləşdirmə cəhdləri var.” - deyə vurğulayıb.