Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    İsrailin Qəzzadakı cinayətlərinin tanınması beynəlxalq ədalətə doğru addımdır – Fidan

    13 Sentyabr 2025 09:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailin Qəzzada törətdiyi insanlıq əleyhinə cinayətlərin açıq şəkildə tanınması və ifşa edilməsi “ədalətli dünya üçün atılacaq ilk addımdır”.

    AzerVoice xəbər verir ki, Fidan bu fikirləri cümə günü İtaliyanın paytaxtı Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda səsləndirib. O vurğulayıb ki, Qəzza məsələsi BMT Baş Assambleyasının gündəliyində olacaq və “bu mövzu beynəlxalq ictimaiyyət üçün doğru ilə yanlışı ayırd etmə testidir”.

    “Artıq yalandan çəkinməyə ehtiyac yoxdur, İsrail Qəzzada soyqırımı törədir. İtaliyanın açıq dəstəyi bu mərhələdə hər zamankından daha önəmlidir”, – deyə Fidan qeyd edib.

    Nazir əlavə edib ki, İsrailin uzunmüddətli məqsədinin yeni torpaqlar əldə etmək olduğunu gizlətmədiyi aydındır. Onun sözlərinə görə, hətta ABŞ belə İsrailin siyasətləri fonunda bölgənin təhlükəsizliyini təmin edə bilmir və bu, xüsusilə Körfəz ölkələrində ciddi narahatlıq doğurur.

    Fidan İsrailin Suriyadakı planlarına da diqqət çəkərək bildirib ki, Təl-Əviv qonşularını parçalanmış, zəif və qeyri-sabit görmək istəyir, onların iqtisadi və siyasi baxımdan güclənməsini isə arzulamır.

    “İsrailin gələcək siyasi liderləri anlamalıdırlar ki, bölgədəki gələcək yalnız qarşılıqlı rifah, şərəf və ortaq təhlükəsizlik üzərində qurula bilər. Başqalarının qeyri-sabitliyi və təhlükəsizliyi sizin rifahınız ola bilməz. Bu yanlış düsturu dəyişməliyik”, – deyə Türkiyənin xarici işlər naziri bildirib.

    Fidan həmçinin qeyd edib ki, Avropanın üzləşdiyi geosiyasi fırtınaları yalnız Türkiyənin Avropa İttifaqı masasında iştirakı ilə aradan qaldırmaq mümkündür.

    Məlumata görə, 7 oktyabr 2023-cü ildən bəri ABŞ dəstəyi ilə İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumlar nəticəsində 64 min 756 fələstinli həyatını itirib, 164 min 59 nəfər yaralanıb. Həlak olanların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir. Bundan əlavə, yüz minlərlə insan evlərini tərk etməyə məcbur olub, aclıq səbəbindən isə 413 nəfər, o cümlədən 143 uşaq həyatını itirib.

    #İsrail #Qəzza zolağı #Hakan Fidan #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı #İsrail Qəzza bombardmanı #İsrail Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə, ABŞ, Qətər və Misir Miami-də Qəzza üzrə görüş keçirib

    20 Dekabr 2025 16:16

    Türkiyədən İsrail və Yunanıstana F‑35 xəbərdarlığı

    20 Dekabr 2025 13:08

    İran vətəndaşı MOSSAD ilə əlaqələrinə görə edam edildi

    20 Dekabr 2025 12:02

    ÜST Qəzzada tibbi təxliyə gözləyən mindən çox xəstənin həyatını itirdiyini açıqlayıb

    19 Dekabr 2025 16:01

    İsrail ordusu Qəzza Zolağını hava hücumları təşkil edib

    19 Dekabr 2025 12:40

    İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz ixracı sazişi imzalanıb

    19 Dekabr 2025 11:35

    Qəzzada humanitar əməliyyatlar çökə bilər - BMT

    18 Dekabr 2025 11:30

    Almaniyada kilsələr hökuməti İsrailə silah ixracını dayandırmağa çağırıb

    17 Dekabr 2025 15:58

    Qəzzada humanitar böhran dərinləşir soyuqdan ölənlərin sayı 17-yə çatıb

    17 Dekabr 2025 14:15

    İsrail BMT qərarlarını pozmağa davam edir və Qəzzadakı müharibəni dayandırmayıb - Fələstin

    17 Dekabr 2025 10:20

    Qəzzada soyuqdan bir körpə daha həlak olub

    16 Dekabr 2025 15:54

    Hakan Fidan və Tom Barak Ankarada Suriya və Qəzza məsələlərini müzakirə edib

    16 Dekabr 2025 15:27
    Demo
    XƏBƏR LENTİ

    Yuxuda qurd südü içənlər nəyə diqqət etməlidir?

    Post-həqiqət dövründə siyasi marketinq: Donald Tramp nümunəsi

    Antisemitizm İsrailə nə qazandırdı?

    Bu gün Pan Am 103 saylı reys Şotlandiya üzərində partladıldı- hadisə necə baş verdi?

    Tarixdə bu gün – 21 Dekabr

    Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər RSF üçün kolumbiyalı muzdlular toplayıb

    Husilər tərəfindən saxlanılan əməkdaşların sayı 69-a çatıb - BMT

    İordaniya Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyatda iştirak edib

    İran və Böyük Britaniya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

    MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.