Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə ilk nüvə texnoparkını qurmağa hazırlaşır

    6 Sentyabr 2025 16:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Mehmet Fatih Kacır, nüvə texnologiyaları sahəsində innovasiyaların inkişafı üçün yeni texnopark layihəsinin həyata keçiriləcəyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır, Türkiyənin ilk nüvə texnoparkını yaxın dövrdə qurmağı hədəflədiklərini bildirib. Açıqlama, İstanbulda keçirilən TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində Enerji və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi Nüvə Enerji Texnologiyaları Dizayn Müsabiqəsinin final mərasimində verilib.

    Nazir Kacır, Türkiye Enerji, Nükleer ve Maden Araştırma Kurumunun (TENMAK) Küçükçekmece kampusunda keçirilən tədbirdə çıxış edərək, ölkənin inkişaf yolunda öz enerji ehtiyacını daxili imkanlarla qarşılaya bilən bir ölkə halına gəlməsinin vacibliyini vurğulayıb.

    “Son 23 ildə enerji idxalına təxminən 1 trilyon dollar ödəmişik. İndi həm nüvə, həm də bərpa olunan enerji sahəsində atdığımız və atacağımız addımlar, Türkiyənin rifahlı gələcəyi üçün böyük əhəmiyyət daşıyır,” – deyə Kacır bildirdi.

    Nazir, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə yüksək miqyaslı məlumat mərkəzlərinin fasiləsiz enerji ehtiyacını təmin etmək üçün nüvə enerjisinə dünya miqyasında yönəliş olduğunu bildirib.

    Kacır, hazırda dünyada 31 ölkədə 416 nüvə reaktorunun fəaliyyətdə olduğunu xatırladaraq, Türkiyənin bu sahədə daha sürətli hərəkət edə bilməsinin arzuolunan olduğunu qeyd etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində inşa edilən Akkuyu Nüvə Elektrik Stansiyasından sonra ikinci və üçüncü nüvə stansiyalarının da qurulacağını, eyni zamanda kiçik modulyar reaktorlarla nükleer enerjinin enerji xəritəsində əsas yer tutacağını vurğuladı.

    Nazir Kacır, texnologiyanın yalnız müdafiə sahəsində deyil, bütün sahələrdə – nəqliyyat, enerji, maliyyə, kənd təsərrüfatı, ərzaq və səhiyyə daxil olmaqla – yerli və milli imkanlarla inkişaf etdirilməsinin zəruriliyini qeyd etdi.

    Hazırda Türkiyədə 110 texnopark olduğunu bildirən Kacır, bu texnoparklarda nüvə və enerji sahəsində çalışan texnoloji startapların mövcud olduğunu və bu təşəbbüslərə dəstəyin davam edəcəyini söyləyib.

    Kacır, TENMAK kampusunun bu istiqamətdə gələcəkdə qurulacaq yeni nəsil nüvə layihələri üçün əsas baza olacağına inandığını da əlavə etdi.

    Tədbirdə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, TEKNOFEST İdarə Heyətinin sədri və T3 Vəqfi Mütevelli Heyətinin başçısı Selçuk Bayraktar və çox sayda tələbə iştirak edib.

    #Mehmet Fatih Kacır #Türkiyə Sənaye və Texnologiya Nazirliyi #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #nüvə enerjisi #Nüvə #nüvə turizmi #nüvə proqramı #nüvə sualtı qayıq #Teknofest #Nüvə razılaşması #TENMAK
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İrana hücum müharibəni yenidən alovlandırmaq deməkdir - Hakan Fidan

    28 Yanvar 2026 14:37

    Bayraktar, Liviya baş naziri ilə görüşüb

    24 Yanvar 2026 16:48

    Dünyanın ən böyük atom elektrik stansiyası fəaliyyətə başladıqdan bir gün sonra qəza səbəbindən dayanıb

    22 Yanvar 2026 13:24

    2026 nüvə ili olacaq - Alparslan Bayraktar

    1 Yanvar 2026 16:28

    Cənubi Koreya Saeul-3 nüvə reaktorunun istismarına icazə verib

    30 Dekabr 2025 16:08

    İran ABŞ-la nüvə məsələsi üzrə danışıqlara hazır olduğunu bəyan edib

    17 Dekabr 2025 10:48

    Cənubi Avstraliyada nüvə sualtı gəmilərin tikintisi başlayır

    11 Dekabr 2025 12:47

    İran nüvə proqramını davam etdirəcək və MAQATE çərçivələrinə riayət edəcək

    9 Dekabr 2025 14:34

    Türkiyə sabah Türk dövlətlərinin enerji nazirlərinə ev sahibliyi edəcək

    8 Dekabr 2025 12:08

    Cənubi Koreya və ABŞ, nüvə enerjisi sahəsində ortaq müəssisə qurmaq üzrə razılığa gəlib

    3 Dekabr 2025 16:05

    Türkiyə və Pakistan neft və qaz sahələrində anlaşma imzalayıb

    2 Dekabr 2025 17:13

    ABŞ və İsrailin hərbi addımları beynəlxalq hüququ zəiflədir – Əraqçi

    2 Dekabr 2025 11:39
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak edib

    Tarixdə bu gün - 4 fevral

    Seyfülislam Qəddafinin öldürüldüyü iddia olunub

    Türkiyə və Səudiyyə Ərəbistanı 31 maddəlik birgə bəyanat yayıb

    ABŞ İran pilotsuz aparatını vurub

    İran ABŞ-la görüşmələrin İstanbuldan Omana köçürülməsini istəyib - ABŞ KİV

    İran hücum qayıqları ABŞ tankerinə dayanmaq əmri verib

    Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

    İsrail hərbçiləri Qəzzada fələstinli gənci qətlə yetirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.