BAKI, AzerVoice, Səməd Əyyubov – Türkiyənin Şanlıurfa vilayətində İŞİD terror təşkilatına qarşı əməliiyat keçirilib.
AzerVoice xəbər verir ki, bu barədə vilayət valiliyindən məlumat verilib.
İŞİD-ə maliyyə dəstəyi verən və təşkilat daxilində silahlı fəaliyyət göstərən şəxslərin saxlanılması məqsədilə həyata keçirilən əməliyyat çırçivəsində 5 milyon lirədən artıq maliyyə dövriyyəsinə sahib olduğu müəyyən edilən 6 nəfər saxlanılıb.
Məhkəməyə çıxarılan şübhəlilərdən 4-ü həbs olunub, 2-si isə deportasiya edilib.
Bundan əvvəl, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD-ə qarşı 14 vilayətdə keçirdiyi əməliyyatlarda 26 nəfərin saxlanıldığını açıqlamışdı.