BAKI, AzerVoice, Səməd Əyyubov – Türkiyədə miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyaya qarşı keçirilən əməliyyatlar nəticəsində 22 nəfər həbs edilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.
Məlumata görə, son bir həftə ərzində 36 vilayətdə keçirilən əməliyyatlarda qanunsuz miqrasiyanın təşkili ilə məşğul olan 102 nəfər və 393 qeyri-qanuni miqrant saxlanılıb. Şübhəlilərdən 22-si məhkəmə qərarı ilə həbs edilib, digərləri barəsində isə istintaq davam etdirilir.
Əməliyyatların Adana, Adıyaman, Artvin, Bitlis, Bursa, Çorum, Edirnə, Elazığ, Erzincan, Erzurum, Qaziantep, Hatay, Mersin, İstanbul, İzmir, Kars, Kırklareli, Kırşehir, Kocaeli, Konya, Kütahya, Muğla, Muş, Nevşehir, Sakarya, Sivas, Tokat, Trabzon, Van, Yozqat, Aksaray, Bayburt, Batman, Iğdır, Osmaniye və Düzce vilayətlərində keçirildiyi bildirilir.
Nazir həmçinin qeyd edib ki, əməliyyatlar zamanı saxlanılan qeyri-qanuni miqrantların ölkələrinə geri göndərilməsi prosesi başlanıb.
Ali Yerlikaya, əməliyyatların koordinasiyasında iştirak edən valilərə, prokurorluqlara, adiyəti qurumlara, polis əməkdaşlarına və Miqrasiya İdarəsi rəhbərliyinə təşəkkür edib.
Xatırladaq ki, mayın 2-də keçirilən əməliyyat çərçivəsində qanunsuz miqrasiyanın təşkili ilə məşğul olan 21 nəfər, o cümlədən 547 qanunsuz miqrant saxlanılmışdı.