BAKI, AzerVoice
Türkiyədə baş verən meşə yanğınları ilə əlaqədar 7 nəfər saxlanılıb, onlardan 3-ü həbs edilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikayanın verdiyi açıqlamada deyilir.
“22–27 iyul tarixləri arasında baş verən meşə yanğınları ilə bağlı jandarma tərəfindən 7 nəfər saxlanılıb. Onlardan 3-ü həbs olunub, 4 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı verilib" - deyə, Nazir bildirib.
Sakarya vilayətinin Hendek rayonunun Kocatöngel məhəlləsində iyulun 22-də baş verən və elə həmin gün söndürülən meşə yanğınının, tarlanı təmizləmək üçün yandırılan odun meşəyə yayılması nəticəsində başladığı müəyyən edilib. Hadisə ilə bağlı şübhəli bilinən iki nəfər barəsində məhkəmə nəzarəti altında sərbəst buraxılma qərarı verilib.
Ali Yerlikaya bildirib ki, Karabük vilayətinin Ovacık rayonunun Kışla kəndində iyulun 23-də başlayıb ötən gün söndürülən meşə yanğınının baş verdiyi ərazidə olduğu müəyyən edilən şübhəli şəxs barəsində məhkəmə nəzarəti tətbiq olunub.
Balıkesir vilayətinin Savaştepe rayonunun Karaçam məhəlləsində 25 iyul tarixində başlamış və həmin gün söndürülən meşə yanğınının bir müəssisədə təmizlik məqsədilə yandırılan alovun meşəlik sahəyə keçməsi nəticəsində baş verdiyi müəyyən edilib. Yanğın ərazisində olduqları müəyyən edilən üç nəfər saxlanılıb. Onlardan 2-si həbs olunub, 1-i barəsində məhkəmə nəzarəti qərarı verilib.
Bundan əvvəl, Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirmişdi ki, Bursanın Orhaneli vilayətində baş verən yanğına müdaxilə edən işçilərdən biri ürək tutması nəticəsində həlak olub. O həmçinin qeyd etmişdi ki, dünən ölkə üzrə ümumilikdə 84 yanğınla mübarizə aparılıb və 4 şəhərdə 5 yanğın nəzarət altına alınıb. Bu yanğınlardan 36-ı meşəlik ərazilərdə baş verib.