Əsas səhifə » İsrail Suriyanı bölmək niyyətindədir- Hakan Fidan

İsrail Suriyanı bölmək niyyətindədir- Hakan Fidan

BAKI,AzerVoice

İsrail Suriyanı parçalamağı hədəfləsə də, buna imkan verməyəcəyik.

AzerVoice xəbər verir ki, İsrailin Suriyada qeyri-sabitlik yaratmaq cəhdlərinə qarşı bölgə ölkələri birgə mövqe nümayiş etdirəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Salvadorun xarici işlər naziri Alexandra Hill ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazir İranla bağlı danışıqların bu həftə cümə günü İstanbulda yenidən keçiriləcəyini açıqlayıb. O, İranın nüvə proqramı ilə bağlı məsələlərin hər zaman diplomatik yollarla həllini dəstəklədiklərini vurğulayıb.

"İsrailin qeyri-sabitlik yaratmağa çalışdığı başqa bir bölgə Suriyadır. Biz əvvəldən ölkənin cənubunda gedən proseslərlə yaxından maraqlanmışıq. İsrailin druzları qorumaq bəhanəsi ilə hücumları ilə hadisələr yeni səviyyəyə çatıb."- deyə o qeyd edib.

Fidan,öz qonşuluğunda sabit bir ölkə görmək istəməyən İsrail Suriyanı parçalamağı hədəfləsə də, qonşu ölkələr olaraq buna imkan verməyəcəklərini bildirib.

Qeyd edək ki, Fidan Suriyada baş verən son hadisələrin təkcə Türkiyəni deyil həm də beynəlxalq ictimaiyyəti narahat etdiyini vurğulayıb.

Həmçinin Fidan “Bu həftə biz gərgin diplomatik fəaliyyətlə məşğuluq. Rusiya və Ukrayna arasında danışıqların üçüncü raunduna ev sahibliyi edirik.”- deyə qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice