Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Netanyahu və İsrail ordusu barbarlıqda Hitleri geridə qoyub - Ərdoğan

    22 İyul 2025 21:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrailin Baş naziri Benyamin Netanyahunun hərəkətləri və İsrail Müdafiə Ordusunun Qəzza zolağındakı fəaliyyəti Hitlerin cinayətlərini belə geridə qoyub.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "X" sosial şəbəkəsində yazıb.

    "Netanyahu və onun qatillər şəbəkəsi barbarlıqda artıq Hitleri də keçib. Avropada Holokost zamanı belə Qəzzadakı kimi qeyri-insani mənzərələr olmamışdı" – deyə, paylaşımda qeyd olunub.

    Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti bu vəhşiliyə səssiz qalmamağa və aclıqdan kütləvi şəkildə həlak olan fələstinlilərlə bağlı tədbir görməyə çağırıb.

    Bundan əvvəl HƏMAS bildirmişdi ki, Qəzza zolağında yaşayan 2 milyondan çox insana blokada səbəbindən ölüm təhlükəsi yaranıb. İsrail ordusunun sözçüsü Avixay Edri isə HƏMAS-ın bu ittihamlarını rədd edib və bildirib ki, radikallar KİV vasitəsilə “məğlub HƏMAS-ın qalıqlarını xilas etmək üçün dezinformasiya yayırlar”.

    Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də HƏMAS-ın Qəzza zolağından İsrail ərazisinə daxil olması ilə kəskinləşib. Buna cavab olaraq İsrail Qəzzanı tam blokadaya aldığını elan edib və anklava, eləcə də Livan və Suriyanın bəzi bölgələrinə zərbələr endirməyə başlayıb.

    Bu il martın 2-dən etibarən İsrailin qərarı ilə Qəzza zolağına beynəlxalq humanitar yardım daxil olmur və bütün keçid məntəqələri bağlıdır.

    Mayın 18-də İsrail ordusu Qəzzanın şimal və cənub bölgələrində “Gideonun Arabaları” adlı genişmiqyaslı quru əməliyyatına başladığını elan edib. Əməliyyatın məqsədi HƏMAS-ı tamamilə məhv etmək və Qəzzada saxlanılan bütün israilli girovları azad etmək kimi göstərilib. Netanyahu bəyan edib ki, əməliyyatın sonunda İsrail ordusu Qəzza zolağının bütün ərazisinə nəzarət etməyi planlaşdırır.

    #Türkiyə #Qəzza #İsrail #Rəcəb Tayyib Ərdoğan #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #Adolf Hitler #İsrail ordusu #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #AFAD Qəzzaya humanitar yardım #Avixay Edri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniyada kilsələr hökuməti İsrailə silah ixracını dayandırmağa çağırıb

    17 Dekabr 2025 15:58

    Qəzzada humanitar böhran dərinləşir soyuqdan ölənlərin sayı 17-yə çatıb

    17 Dekabr 2025 14:15

    İsrail BMT qərarlarını pozmağa davam edir və Qəzzadakı müharibəni dayandırmayıb - Fələstin

    17 Dekabr 2025 10:20

    Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Ərdoğan

    16 Dekabr 2025 16:40

    Qəzzada soyuqdan bir körpə daha həlak olub

    16 Dekabr 2025 15:54

    Hakan Fidan və Tom Barak Ankarada Suriya və Qəzza məsələlərini müzakirə edib

    16 Dekabr 2025 15:27

    ABŞ Netanyahuya Qəzza və regional siyasətə görə sərt mesajlar ünvanlayıb

    16 Dekabr 2025 14:41

    Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə hərbi yardım göstərəcək

    16 Dekabr 2025 12:39

    Fidan, İordaniya və Səudiyyə Ərəbistanı həmkarları ilə Qəzza sülh planını müzakirə edib

    15 Dekabr 2025 17:52

    Bakı-Naxçıvan dəhlizi Türk dövlətləri arasında ticarəti gücləndirəcək - Ərdoğan

    15 Dekabr 2025 17:12

    Rusiya–Ukrayna müharibəsində diplomatik dialoq üçün İstanbul əsas mərkəz olaraq qalır - Hakan Fidan

    15 Dekabr 2025 16:05

    Qəzzanın bərpası üçün 70 milyard dollar tələb olunur

    15 Dekabr 2025 12:53
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Tramp impiçment edildi

    Türkiyə və Azərbaycan arasında ticarət sahəsində məqsədlərimizə çatmağa çalışırıq - Hüseyn Böyükfırat

    Tarixdə bu gün – 18 Dekabr

    Ərdoğan Qəzzada həlak olan Hind Rəcəbin ailəsi ilə görüşüb

    Suriya Livana göndərilən silah partiyasını müsadirə edib

    Səudiyyə Ərəbistanına qar yağıb

    Tacikistan Rusiyada məktəblinin öldürülməsini etnik nifrət zəminində hücum kimi qiymətləndirib

    Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

    Hanuka bayramının dördüncü günündə 600-dən çox israilli Əl-Əqsaya daxil olub

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.