Əsas səhifə » Müdafiə sənayemiz ölkəmizin beynəlxalq nüfuzunu artırır - Yaşar Gülər

Müdafiə sənayemiz ölkəmizin beynəlxalq nüfuzunu artırır - Yaşar Gülər

BAKI,AzerVoice

Müdafiə sənayemizin milli və innovativ sistemləri ordumuzu gücləndirməklə yanaşı, iqtisadiyyatımıza mühüm töhfə verir və ölkəmizin beynəlxalq nüfuzunu artırır.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər Atatürk Hava Limanında keçirilən IDEF 2025-17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışında çıxışı zamanı bildirib.

Gülər müdafiə və təhlükəsizliyin keçmişdən bu günə qədər ölkələr üçün hər zaman böyük əhəmiyyət daşıdığını bildirib.

Türkiyə müdafiə sənayesi dövlət qurumları, dövlət və özəl şirkətləri və bütün maraqlı tərəfləri ilə böyük bir güc mərkəzini təmsil edir və ekosistemi vasitəsilə qlobal təsir göstərir.

"Türkiyə beynəlxalq təhlükəsizlik arxitekturasının qorunmasında ən böyük təşəbbüs göstərən ölkələrdən biridir"- deyə vurğulayıb.

Gülər, builki IDEF tədbirinin, iştirakçı ölkələrin və şirkətlərin imkanlarını nümayiş etdirmək və paylaşmaqla dünya sülhünə töhfə vermək üçün nəzərdə tutulduğunu və məqsədlərinin istehsalçıları və müştəriləri eyni mühitdə bir araya gətirmək olduğunu açıqlayıb.

Qeyd edək ki, 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi, IDEF 2025 bu bugün başlayıb. İyulun 27-dək davam edəcək yarmarkada 96 ölkədən iştirakçı şirkətlər mindən çox yeni məhsul təqdim edəcək. Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Müdafiə Sənayesi Başkanlığının dəstəyi və Türkiyə Silahlı Qüvvələri Fondunun rəhbərliyi və nəzarəti ilə keçiriləcək yarmarkaya 140 mindən çox ziyarətçinin gəlməsi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice