Əsas səhifə » Türkiyə nümayəndə heyəti Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək

Türkiyə nümayəndə heyəti Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək

BAKI, AzerVoice

Türkiyə nümayəndə heyəti bu həftə Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya KİV-nə diplomatik mənbələr məlumat verib.

Məlumata görə, danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının iştirakı gözlənilir.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalındakı video müraciətində bildirmişdi ki, Kiyev nümayəndə heyətinin rəhbəri, Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Rusiya tərəfinə danışıqların növbəti mərhələsinin keçirilməsi ilə bağlı təklif irəli sürüb.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice