BAKI, AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada El Salvadorun xarici işlər naziri Aleksandra Hill ilə görüşəcək. Görüşdə son illərdə sürət qazanan Türkiyə–El Salvador ikitərəfli münasibətləri müzakirə olunacaq.
AzerVoice xəbər verir ki, nazir Fidanın görüş zamanı Türkiyə ilə El Salvador arasında son dövrlərdə artan yüksək səviyyəli təmaslardan məmnunluğunu ifadə edəcəyi gözlənilir. Siyasi münasibətlərdəki inkişafla paralel olaraq, ticarət və investisiya, müdafiə sənayesi, təhlükəsizlik, inkişaf yardımları və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi gündəmdə olacaq.
Fidanın bu sahələrdə əlaqələrin möhkəm təməl üzərində qurulması üçün müqavilə bazasının gücləndirilməsinin vacibliyini vurğulaması gözlənilir.
Nazir Fidanın Türkiyənin El Salvadordakı inkişaf və humanitar yardım fəaliyyətlərinin davam edəcəyi mesajını da çatdıracağı gözlənilir. TİKA, Türk Qızıl Aypara Cəmiyyəti və AFAD vasitəsilə təhsil, fəlakətlə mübarizə və humanitar yardım sahələrində atılan addımların davam etdiriləcəyi bildiriləcək.
Qeyd edək ki, 2022-ci ilin yanvarında El Salvador Prezidenti Bukele xarici işlər naziri Hill ilə birlikdə Türkiyəyə rəsmi səfər etdi. Bu səfər El Salvadordan Türkiyəyə dövlət başçısı səviyyəsində ilk səfər kimi tarixə düşdü. Səfər zamanı ticarət, müdafiə sənayesi və inkişaf kimi sahələrdə altı saziş və anlaşma memorandumu imzalanıb.