BAKI, AzerVoice
Rusiya və Ukrayna arasında növbəti danışıqlar çərşənbə günü İstanbulda keçiriləcək.
AzerVoice xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.
“Bu gün Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla əsir mübadiləsi və Rusiya tərəfi ilə Türkiyədə keçiriləcək daha bir görüşün hazırlığını müzakirə etdim. Umerov məlumat verdi ki, görüş çərşənbə gününə planlaşdırılıb. Sabah daha ətraflı məlumat veriləcək” - deyə, Zelenski bildirib.
Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.