Əsas səhifə » Fidan və Əraqçi regional məsələləri müzakirə ediblər

Fidan və Əraqçi regional məsələləri müzakirə ediblər

BAKI, AzerVoice

Türkiyənin xarici işlər naziri Hakan Fidan, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Qəzzadakı humanitar vəziyyət və Suriyadakı son hadisələrlə yanaşı, cümə günü İstanbulda keçirilməsi planlaşdırılan nüvə danışıqları da müzakirə edilib.

Xatırladaq ki, bundan əvvəl Hakan Fidan İordaniyalı həmkarı Əymən əs-Səfədi ilə Suriyanın cənubunda baş verən son hadisələri müzakirə etmişdi. Fidan, Suriyanın parçalanmasına yönəlmiş səylərə qarşı region ölkələrini ortaq mövqe sərgiləməyə çağırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice