Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Eurofighter Typhoon - Türkiyənin F-35-ə alternativi hazırdır

    21 İyul 2025 16:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə, Eurofighter döyüş təyyarələrinin alınması ilə bağlı çox milyard dollarlıq razılaşmanı bu həftə elan edə bilər.

    AzerVoice xəbər verir ki, “Wall Street Journal” Türkiyənin 40-a qədər Eurofighter Typhoon təyyarəsi üçün təxminən 5,6 milyard dollarlıq müqavilə üzrə ilkin razılaşmanı bu həftə, İstanbulda keçiriləcək beynəlxalq müdafiə sərgisində açıqlaya biləcəyini yazıb.

    Nəşrin məlumatına görə, razılaşma Avropa müdafiə sənayesi üçün ciddi təkan ola bilər və ABŞ-ın F-35 proqramına alternativ olaraq dəyərləndirilir. Eurofighter konsorsiumu BAE Systems, Airbus və Leonardo şirkətləri tərəfindən idarə olunur. Razılaşmanın detalları, təyyarələrin sayı və konfiqurasiyası hələ də müzakirə mərhələsindədir.

    WSJ qeyd edir ki, Türkiyə və Böyük Britaniya arasında danışıqlar irəliləyib və razılaşma IDEF 2025 sərgisi çərçivəsində elan edilə bilər. Xatırladaq ki, sərgi iyulun 22-dən 27-dək İstanbulda keçiriləcək.

    Böyük Britaniya Müdafiə Nazirliyinin ilin sonuna qədər Türkiyə ilə sınaq və texniki təftiş planı üzrə ayrıca müqavilə imzalamağı planlaşdırdığı bildirilir. Prezident Rəcəb Tayyib Ərdoğan da Almaniya və Böyük Britaniya ilə bu istiqamətdə müsbət danışıqlar apardığını və tezliklə razılaşmanın reallaşacağına inandığını qeyd edib.

    Qeyd edək ki, Eurofighter Typhoon döyüş təyyarələri bazarında ABŞ-ın F-35-ləri ilə rəqabətdə geridə qalmışdı. Bu səbəblə, konsorsium yeni sifarişlər qazanmaq və istehsalı artırmaq üçün çalışır. Hazırda ildə 14 təyyarə istehsal edən Eurofighter, bu sayını 20-yə, Türkiyə sifarişi halında isə 30-a çatdırmağı planlaşdırır.

    #Türkiyə #İstanbul #ABŞ #Türkiyə müdafiə sənayesi #Eurofighter #müdafiə sənayesi #IDEX 2025 sərgisi #IDEX 2025 Beynəlxalq Müdafiə Sərgi və Konfransı #Eurofighter Typhoon #Eurofighter Typhoon təyyarəsi #IDEF 2025 sərgisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Təhlükəsizlik Şurası regionda sülh və sabitliyin təmin edilməsi məsələlərini müzakirə edib

    26 Noyabr 2025 22:38

    İran yalnız real və nəticəsi əvvəlcədən müəyyən edilməyən danışıqları qəbul edər - Laricani

    26 Noyabr 2025 15:28

    Türkiyə Çelik Kubbeni gücləndirmək üçün 6,5 milyard dollarlıq müqavilələr imzalayıb

    26 Noyabr 2025 15:14

    ATƏT PA-da Bakı–İrəvan parlament görüşü: Ermənistan tranzit qərarına görə Azərbaycana təşəkkür etdi

    26 Noyabr 2025 12:19

    İstanbulda İŞİD-ə partlayıcı təmin edən 14 şübhəli saxlanılıb

    26 Noyabr 2025 11:23

    Türkiyədə məhkəmə binasında partlayış və yanğın baş verib

    25 Noyabr 2025 17:29

    ABŞ-dan Türkiyə limanlarına 11 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    25 Noyabr 2025 14:38

    DHA və Trend-in birgə platformasına inteqrasiya olunmuş süni intellekt D-8 və TDT ölkələrinin bir çox KİV-ni birləşdirməyə imkan yaradacaq

    25 Noyabr 2025 14:28

    Ekrem İmamoğlu üçün iddianamə İstanbul məhkəməsi tərəfindən qəbul edilib

    25 Noyabr 2025 12:52

    Sudanda üç aylıq humanitar atəşkəs elan edilib

    25 Noyabr 2025 12:22

    Yeni Roma Papası ilk xarici səfərini Türkiyə və Livana edəcək

    24 Noyabr 2025 18:47

    Azərbaycan ilə Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumu təsdiq edilib

    24 Noyabr 2025 17:55
    Demo
    XƏBƏR LENTİ

    Allah adına edilən cinayət - Bu gün Papa Urban II ilk Səlib yürüşünü elan etdi

    Tarixdə bu gün – 27 Noyabr

    Türkiyə Təhlükəsizlik Şurası regionda sülh və sabitliyin təmin edilməsi məsələlərini müzakirə edib

    Ankarada Türkiyə-Azərbaycan əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib

    Suriya İnterpolla əməkdaşlıq məsələlərini müzakirə edib

    İsrail Qərb sahilində genişmiqyaslı reydlərə başlayıb

    Qvineya Bisauda ordu hakimiyyəti ələ keçirib

    Ceyhun Bayramov Roma Papası ilə dinlərarası dialoqu müzakirə edib

    Təbtabai suiqəsti: Tramp və Netanyahu arasında nə baş verir?

    İsrail təhlükəsiz olmadıqca Livanda sakitlik olmayacaq - Katz

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.