Əsas səhifə » Zəngəzur dəhlizi regional sabitliyin və inkişafın təməli ola bilər - Ərdoğan

Zəngəzur dəhlizi regional sabitliyin və inkişafın təməli ola bilər - Ərdoğan

BAKI, AzerVoice

Zəngəzur Dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçün deyil, bölgədəki digər ölkələr üçün də faydalı olacaq. Biz bu dəhlizi həmçinin geo-iqtisadi baxımdan son dərəcə önəmli bir məsələ kimi görürük.

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, Kıbrıs Sülh Hərəkatının 51-ci ildönümü münasibətilə Şimali Kipr Türk Cümhuriyyətinə etdiyi səfərdən sonra vətənə dönərkən təyyarə ilə jurnalistlərə açıqlama verib və sualları cavablandırıb.

"Əslində, bu xətt təkcə bölgəmizi deyil, ondan kənarda yerləşən coğrafiyaları da bir-birinə bağlayacaq və ticarətin canlanmasına səbəb olacaq. Bu dəhlizin bir münaqişə mövzusu deyil, razılaşma və əməkdaşlıq rəmzinə çevrilməsi əsas gözləntimizdir." - deyə Ərdoğan qeyd edib.

"Bu sayədə bölgə, əməkdaşlığın üstün gəldiyi rifah məkanına çevriləcək. Bölgə ölkələri olaraq bu məsələni razılaşma yolu ilə həll edə biləcəyimizə inanıram." - deyə Ərdoğan vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice