Əsas səhifə » İbrahim Kalın siyasi partiyalarla görüş turuna başlayır

İbrahim Kalın siyasi partiyalarla görüş turuna başlayır

BAKI,AzerVoice

İbrahim Kalın siyasi partiyalarla görüş turuna başlayır.

AzerVoice xəbər verir ki, İbrahim Kalının bu gün saat 15:00-da Ədalət və İnkişaf Partiyasına (AKP) ziyarət edəcəyi açıqlanıb.

Türkiyə Böyük Millət Məclisində “Terrorsuz Türkiyə” səyləri çərçivəsində yaradılması planlaşdırılan komissiya ilə bağlı proses yekunlaşıb.

Kalının komissiya qurulmadan əvvəl parlament qrupları ilə siyasi partiyaları ziyarət etməsi gözlənilirdi.

Ziyarətlər çərçivəsində Kalının Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Xalqların Bərabərliyi və Demokratiya Partiyası (DEM), MHP və Yenidən Rifah Partiyalarının (YRP) qrup sədrləri və qrup sədr müavinləri ilə görüşü nəzərdə tutulub.

Ədalət və İnkişaf Partiyası (AKP) ilə görüşdükdən sonra Kalının bu gün saat 16:30-da Xalqların Bərabərliyi və Demokratiya Partiyasını (DEM) ziyarət edəcəyi öyrənilib.

Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice