Əsas səhifə » Türkiyədə cinayət şəbəkəsinə qarşı əməliyyat keçirilib

Türkiyədə cinayət şəbəkəsinə qarşı əməliyyat keçirilib

BAKI, AzerVoice

Türkiyədə 11 şəhərdə mütəşəkkil cinayət şəbəkəsinə qarşı aparılan əməliyyat nəticəsində 33 nəfər həbs edilib.

AzerVoice xəbər verir ki, Aydın başda olmaqla Türkiyənin 11 şəhərində keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 35 şübhəli saxlanılıb, onlardan 33-ü həbs edilib.

Mütəşəkkil cinayət təşkilatına üzv olmaqda şübhəli bilinən şəxslərin sosial media üzərindən vətəndaşlarla əlaqə quraraq onları saxta birja tətbiqlərinə yönləndirdiyi və bu yolla dələduzluq etdiyi müəyyən olunub. Qanunsuz yolla əldə edilən gəlirlər investisiya, maliyyə və kripto konsaltinq adı altında yaradılmış ön şirkətlər vasitəsilə yuyulub.

Qeyd edək ki, əməliyyat zamanı 300 milyon TL dəyərində 10 avtomobil, 2 ev, 16 torpaq sahəsi, 814 bank hesabı və 35 kriptovalyuta hesabı ələ keçirilib.
Daxili İşlər Naziri Ali Yerlikaya əməliyyatların Jandarma Komandanlığı və Nazilli Baş Prokurorluğu ilə birgə həyata keçirildiyini və cinayətkar qruplara qarşı mübarizənin davam edəcəyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice