Əsas səhifə » Rusiya-Ukrayna danışıqları 24-25 iyul tarixləri arasında keçirilə bilər

Rusiya-Ukrayna danışıqları 24-25 iyul tarixləri arasında keçirilə bilər

BAKI, AzerVoice

Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar raundu 24–25 iyul tarixləri arasında İstanbulda keçirilə bilər.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya KİV-i diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Danışıqların növbəti mərhələsinin 24–25 iyul tarixlərində keçirilməsinə dair razılaşdırma aparılır” - deyə, mənbə bildirib.

Bundan əvvəl bildirilmişdi ki, İstanbul Rusiya-Ukrayna danışıqları üçün əsas məkan olaraq qalacaq.

Həmçinin, Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalındakı video müraciətində bildirmişdi ki, Kiyev nümayəndə heyətinin rəhbəri, Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Rusiya tərəfinə danışıqların növbəti mərhələsinin keçirilməsi ilə bağlı təklif irəli sürüb.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice