BAKI, AzerVoice
Ukrayna İstanbulda Rusiya ilə əsir mübadiləsini, eləcə də liderlərin görüşünə hazırlığı müzakirə etməyi planlaşdırır.
AzerVoice xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Rusiya Ukrayna arasında danışıqların növbəti mərhələsi İstanbulda keçiriləcək.
Həmçinin, Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalındakı video müraciətində bildirmişdi ki, Kiyev nümayəndə heyətinin rəhbəri, Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Rusiya tərəfinə danışıqların növbəti mərhələsinin keçirilməsi ilə bağlı təklif irəli sürüb.
Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.