Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Türkiyə bu il 6 minə yaxın meşə yanğını ilə mübarizə aparıb

    2 Sentyabr 2025 12:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı, ölkədə 2025-ci il ərzində 5 min 832 meşə yanğını ilə mübarizə aparıldığını bildirib. Nazir bildirib ki, hazırda Karabük-Kastamonu sərhədində və Kastamonunun Araç bölgəsində 2 yanğın davam edir.

    AzerVoice xəbər verir ki, nazir Yumaklı qeyd edib ki, son 24 saat ərzində 3 fərqli vilayətdə baş vermiş 3 yanğın nəzarət altına alınıb. Lakin Karabükün Eflani bölgəsindən başlayaraq Kastamonunun Araç bölgəsinə yayılan bir yanğın və elə Araç bölgəsində yaranmış digər bir yanğın hələ də davam edir. Hər iki ərazi sıx meşələrlə və çətin relyeflə — qayalıqlar və kanyonlarla — əhatə olunub. Hazırda həm havadan, həm də qurudan genişmiqyaslı müdaxilə tədbirləri görülür.

    “1 yanvardan bu günə qədər 5 min 832 yanğınla mübarizə apardıq. Bu rəqəmin özü aparılan mübarizənin miqyasını ortaya qoyur,” – deyə Nazir qeyd edib.

    Yumaklı iqlim dəyişikliyi və qlobal istiləşmənin yanğınların artmasında mühüm rol oynadığını vurğulayıb. O əlavə edib ki, yanğınlara sürətli müdaxilə onların böyüməsinin qarşısını alır və vətəndaşların məsuliyyətli davranışı bu mübarizədə böyük əhəmiyyət kəsb edir.

    Nazir Yumaklı meşə yanğınlarından zərər görən bütün ərazilərin istisnasız olaraq yenidən yaşıllaşdırılacağını da qeyd edib.

    Nazir Karabük, Kastamonu, Bartın, Aydın və Dənizli başda olmaqla yanğınlardan zərər çəkmiş bütün vətəndaşlara “keçmiş olsun” arzularını çatdırıb və qeyd edib ki, yanğınlarla mübarizə zamanı şəhid olan əməkdaşlara Allahdan rəhmət diləyir.

    Sonda Nazir, ictimaiyyəti dezinformasiyalara qarşı diqqətli olmağa çağırıb.

    #Kastamonu #meşə yanğını #meşə yanğınları #İbrahim Yumaklı #Meşə yanğınlarına qarşı tədbirlər #Türkiyə meşə yanğınları 2025 #Meşə yanğınları İyul 2025 #İzmir meşə yanğınları #Qlobal meşə yanğınları #Muğla vilayətində meşə yanğını #Türkiyədə meşə yanğınları 2025 #kütləvi təxliyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə cəzaçəkmə müəssisəsi dizel generator alacaq

    25 Sentyabr 2025 09:43

    Türkiyədə meşə yanğınları davam edir

    20 Sentyabr 2025 09:37

    Türkiyə və Suriya arasında kənd təsərrüfatı əməkdaşlığı genişlənir

    15 Sentyabr 2025 12:46

    Türkiyənin Karabük və Bursa vilayətlərində yanğın baş verib

    14 Sentyabr 2025 20:09

    Türkiyədə baş verən yanğınlarla bağlı son vəziyyət açıqlanıb

    1 Sentyabr 2025 22:39

    Türkiyənin Denizli şəhərində meşə yanğını baş verib

    1 Sentyabr 2025 10:45

    Türkiyənin Bartın vilayətindəki yanğın nəzarət altına alınıb

    31 Avqust 2025 21:22

    Türkiyənin Bartın vilayətində meşə yanğını baş verib

    31 Avqust 2025 18:11

    Türkiyənin Antakya şəhərində meşə yanğını nəzarət altına alınıb

    29 Avqust 2025 10:12

    Hatayda meşə yanğını baş verib

    28 Avqust 2025 18:58

    Aİ yanğın böhranı ilə mübarizə aparır

    28 Avqust 2025 10:20

    Sakaryada meşə yanğını baş verib

    27 Avqust 2025 16:45
    Demo
    XƏBƏR LENTİ

    44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr

    Bu gün ABŞ qüvvələri Vyetnamda ilk itkilərini verdi

    Baş nazir Əli Əsədov Gürcüstana işgüzar səfərə gəlib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb

    Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib

    Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb

    Türkiyənin dəmir yolu şəbəkəsi 2026-cı ildə 14 min 437 kilometrə çatacaq

    Birlik - 2025 birgə təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib

    Almaniya İsraildən 2 milyard avroluq silah alacaq

    Kasım-Jomart Tokayev: Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.