Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyədə baş verən yanğınlarla bağlı son vəziyyət açıqlanıb

    1 Sentyabr 2025 22:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ölkənin müxtəlif bölgələrində davam edən meşə yanğınları ilə bağlı açıqlama verib.

    AzerVoice xəbər verir ki, nazir Aydın vilayətinin Buharkent ərazisində başlayaraq Denizli vilayətinin Buldan rayonuna yayılan yanğının gücünün azaldıldığını bildirib.

    Onun sözlərinə görə, Bartın vilayətinin Ulus rayonundakı yanğın böyük ölçüdə nəzarət altına alınıb, Aydın vilayətinin Efeler bölgəsindəki yanğının da intensivliyi azaldılıb.

    Nazir əlavə edib ki, Çanaqqala vilayətinin Ayvacık rayonunda baş verən yanğın tamamilə söndürülüb. Karabük vilayətinin Eflani rayonu və Kastamonunun Araç rayonunda baş verən yanğınların isə nəzarət altına alınması üçün mübarizə davam etdirilir.

    Qeyd edək ki, son aylarda Türkiyənin bir çox bölgəsi meşə yanğınları ilə üz-üzə qalıb. 2025-ci ilin iyun və iyul aylarında İzmir, Eskişehir, Sakarya, Bilecik, Manisa və Hatayda genişmiqyaslı yanğınlar qeydə alınıb.

    İzmir vilayətindəki yanğınlar nəticəsində 50 mindən çox insan təxliyə olunub, 200-dən çox ev və bir neçə iş yeri zərər görüb. Yanğınların səbəbləri arasında yüksək temperatur, güclü külək və elektrik xətlərindəki nasazlıqlar göstərilir. Söndürmə əməliyyatlarına mindən çox yanğınsöndürən, yüzdən artıq xüsusi texnika, 14 helikopter və 4 su təyyarəsi cəlb edilib.

    Eskişehirdə baş verən yanğın daha faciəvi nəticələrə səbəb olub – 10 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb. Həlak olanlar arasında 28 yaşlı bir meşə işçisi və 2023-cü ildə zəlzələ xilasetmə əməliyyatlarında iştirak etmiş AKUT könüllüsü də var.

    Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi fonunda Türkiyədə yanğın riski daşıyan günlərin sayı ildən-ilə artır. 2025-ci ildə bir çox bölgədə eyni anda bir neçə yanğın baş verib ki, bu da yanğınsöndürmə qüvvələrinin işini daha da çətinləşdirib.

    #Türkiyə #yanğın #meşə yanğını\ #meşə yanğını #Türkiyənin kənd təsərrüfatı və meşə nazirliyi #meşə yanğınları #İbrahim Yumaklı #Meşə yanğınlarına qarşı tədbirlər #Kanadada meşə yanğınları #Türkiyə meşə yanğınları 2025 #İzmir meşə yanğınları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Antiinhisar Agentliyində Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə görüş keçirilib

    21 Oktyabr 2025 17:09

    Şimali Kipr Türkiyəyə birləşməlidir - Bahçelidən çağırış

    21 Oktyabr 2025 14:17

    Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    21 Oktyabr 2025 09:35

    KIZILELMA ilə yeni mərhələ - silah sistemlərində tam müstəqillik dövrü başlayır

    20 Oktyabr 2025 16:33

    Zonquldakda yeni yaşayış kompleksi tikiləcək

    20 Oktyabr 2025 16:05

    Türkiyədə dövlət universiteti tibbi cihaz alacaq

    20 Oktyabr 2025 11:31

    Ərdoğan Tufan Ərhürmanı prezident seçkilərindəki qələbəsinə görə təbrik edib

    20 Oktyabr 2025 10:26

    Türkiyədə dövlət xəstəxanası təmizlik ləvazimatları alacaq

    19 Oktyabr 2025 14:30

    İHH İnsani Yardım Vəqfi Qəzzada bərpa işlərinə başlayıb

    18 Oktyabr 2025 22:09

    Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

    18 Oktyabr 2025 19:02

    Tüekiyədə dövlət xəstəxanalarında genişmiqyaslı təmir işləri aparılacaq

    18 Oktyabr 2025 14:30

    Türkiyə Müdafiə Nazirliyi Azərbaycana Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb

    18 Oktyabr 2025 13:51
    Demo
    XƏBƏR LENTİ

    44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr

    Bu gün ABŞ qüvvələri Vyetnamda ilk itkilərini verdi

    Baş nazir Əli Əsədov Gürcüstana işgüzar səfərə gəlib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb

    Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib

    Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb

    Türkiyənin dəmir yolu şəbəkəsi 2026-cı ildə 14 min 437 kilometrə çatacaq

    Birlik - 2025 birgə təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib

    Almaniya İsraildən 2 milyard avroluq silah alacaq

    Kasım-Jomart Tokayev: Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.