BAKI, AzerVoice
Türkiyə vətəndaşlarına Şengen vizalarında asanlaşdırılmış çoxdəfəli giriş imkanı yaradılıb.
AzerVoice xəbər verir ki, Avropa
Komissiyası yeni qərar qəbul edərək Türkiyə vətəndaşlarının
çoxdəfəlik qısamüddətli Şengen vizalarına daha əlverişli şərtlərlə
müraciət etməsinə imkan yaradıb.
Komissiyanın sənədində əvvəllər vizadan qanuni istifadə etmiş və
aşağı təhlükəsizlik riski daşıyan şəxslər üçün müraciət prosesinin
sadələşdirildiyi bildirilir.
Yeni sistemə əsasən, əvvəlki viza tarixçəsi olan və qaydalara əməl etmiş şəxslər üçün mərhələli şəkildə 6 ay, 1 il, 3 il və 5 il müddətinə çoxdəfəlik vizalar verilə bilər. Bununla belə, vizanın etibarlılıq müddəti heç vaxt pasportun müddətini keçməyəcək və ən azı 3 ay əvvəl bitəcək şəkildə tənzimlənəcək.
Qeyd edək ki, bu qərar Şengen məkanına daxil olan aşağıdakı ölkələrdə qüvvədə olacaq: Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Estoniya, Yunanıstan, İspaniya, Fransa, Xorvatiya, İtaliya, Kipr, Litva, Lüksemburq, Macarıstan, Malta, Hollandiya, Avstriya, Polşa, Portuqaliya, Rumıniya, Sloveniya və Finlandiya.