BAKI, AzerVoice
Türkiyə vətəndaşlarına Şengen vizalarında 5 ilə qədər uzunmüddətli vizalar veriləcək.
AzerVoice xəbər verir ki, Türkiyənin
ticarət naziri Ömər Bolat Avropa İttifaqı Komissiyasının yeni
qərarı ilə türkiyəli vətəndaşlara Şengen vizalarının verilməsinin
sadələşdirildiyini və sürətləndirildiyini açıqlayıb.
Nazir bildirib ki, ilk dəfə müraciət edən şəxslərə 6 aya qədər uzun
müddət istifadəlik viza veriləcək, sonrakı müraciətlərdə isə viza
müddətləri mərhələli şəkildə 1, 2, 3 və 5 ilə qədər artırılacaq. O,
bu qərarın Avropa İttifaqına üzv dövlətlərə rəsmi sənəd şəklində
göndərildiyini də əlavə edib.
Qeyd edək ki, Türkiyə vətəndaşları uzun illərdir Şengen vizası alarkən bürokratik çətinliklər və qısa müddətli vizalarla qarşılaşırdılar. Yeni tətbiq bu prosesi asanlaşdırmaq məqsədi daşıyır.