BAKI, AzerVoice
Türkiyə BMT-də İsrailin Suriyanın sabitliyini pozduğunu bəyan edib.
AzerVoice xəbər verir ki, bu barədə
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Əhməd Yıldız BMT
Təhlükəsizlik Şurasında keçirilən “Yaxın Şərqdə vəziyyət”
mövzusunda iclasda çıxış edib.
O, İsrailin Suriyaya qarşı davam edən hərbi təcavüzünün ölkənin
ictimai harmoniya və yenidənqurma səylərini ciddi şəkildə
baltaladığını bildirib.
O qeyd edib ki, Türkiyə əvvəldən Suriya xalqının sülh və bərpa
cəhdlərini dəstəkləyib və bu prosesə zərbə vuran bütün addımlar
pislənməlidir. Yıldız həmçinin Suriyada sabitliyin bərpası üçün
atəşkəs təşəbbüslərinin dəstəklənməsinin və İsrailin hərbi
hücumlarının dərhal dayandırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, İsrail iyulun 16-da Suriyanın müxtəlif bölgələrinə – o cümlədən Prezident iqamətgahı, Baş Qərargah və Müdafiə Nazirliyinə hava hücumları həyata keçirib. Həmin gün Süveydada Suriya hökuməti ilə yerli silahlı qruplar arasında atəşkəs əldə olunsa da, bölgədə qarşıdurmalar və hücumlar nəticəsində yüzlərlə insan həyatını itirib.