Əsas səhifə » Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Bakı. AzerVoice

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.

İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır

Digər Kateqoriyalar

2025 © Azervoice