BAKI, AzerVoice
Türkiyə ilə Qətər arasında imzalanmış beynəlxalq saziş Prezident
Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə “Resmi Gazete”də dərc olunaraq
qüvvəyə minib.
AzerVoice xəbər verir ki, rəsmi sənədə
əsasən, 2024-cü il noyabrın 14-də Ankarada imzalanmış “Türkiyə
Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Humanitar
Yardım sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkənin bu sahədə
birgə fəaliyyətini nəzərdə tutur.
Saziş çərçivəsində tərəflər yardıma ehtiyacı olan üçüncü ölkələrdə həyata keçiriləcək humanitar əməliyyatlar üçün maliyyə və texniki dəstək, səhra xəstəxanalarının qurulması, infrastrukturun bərpası və insan resurslarının təmin olunması istiqamətində birgə layihələrin hazırlanması barədə razılığa gəliblər.
Bu saziş Türkiyə və Qətərin beynəlxalq humanitar missiyalarda əməkdaşlığını gücləndirmək məqsədi daşıyır.