BAKI,
AzerVoice
Türkiyə və Suriya arasında media sahəsində yeni əməkdaşlıq
imkanları müzakirədədir.
AzerVoice xəbər verir ki,Türkiyə
Rabitə Müdirliyinin yüksək səviyyəli nümayəndə heyəti Suriyanın
paytaxtı Dəməşqdə Suriya İnformasiya Nazirliyində görüşlər
keçirib.
Görüşdə media, informasiya, strateji kommunikasiya və
dezinformasiya ilə mübarizə kimi sahələrdə iki ölkə arasında
əməkdaşlıq imkanları müzakirə olunub.
Nümayəndə heyəti Rabitə Müdirliyinin İctimai Diplomatiya, Mətbuat və Yayım, İctimaiyyətlə Əlaqələr, Strateji Kommunikasiya və Böhran İdarəetmə Departamentlərinin rəhbərlərindən ibarət olub. Onlar Suriya İnformasiya Nazirinin müavini Məhəmməd Tafran, Suriya Dövlət Radio və Televiziya Korporasiyasının baş direktoru Ala Bassilo, Xarici Mətbuat Departamentinin rəhbəri İbrahim Sued və Nazirliyin aparat rəhbəri Leyla Əl Rifai ilə bir araya gəliblər.
Tərəflər görüşdə rabitə və informasiya sahəsində institusional əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Türkiyə nümayəndə heyəti bu sahədə bilik və təcrübə paylaşmağa hazır olduqlarını bildirib.
Suriya rəsmiləri isə media və yayım sahəsindəki çətinlikləri qeyd edərək, xüsusilə dezinformasiya və rəqəmsal media ilə mübarizədə Türkiyənin təcrübəsindən faydalanmağa maraqlı olduqlarını ifadə ediblər.