Əsas səhifə » PKK-nın tərksilah mərasimi ictimaiyyata qapalı keçiriləcək

PKK-nın tərksilah mərasimi ictimaiyyata qapalı keçiriləcək

BAKI, AzerVoice

PKK-nın tərksilah mərasimi bağlı qapılar arxasında keçiriləcək – planlara şəhid xəbərləri təsir edib.

AzerVoice xəbər verir ki, PKK-nın bu həftəsonu Şimali İraqın Süleymaniyyə bölgəsində keçirməyi planlaşdırdığı tərksilah tədbirinin formatı dəyişdirilib.

Təhlükəsizlik və ictimai həssaslıq səbəbilə mərasimin canlı yayımlanması və ictimai iştirakla keçirilməsi qərarından imtina olunub.

Tədbirin keçirildiyi əraziyə jurnalistlərin və QHT nümayəndələrinin buraxılmayacağı, canlı yayımın qadağan olunduğu bildirilib. Yalnız Milli Kəşfiyyat Təşkilatının (MİT) yoxlamasından keçmiş görüntülər sonradan mediaya təqdim ediləcək.

Tədbir Demokratik Xalq Partiyasının (DEM) koordinatorluğu ilə planlaşdırılsa da, son günlərdə Pençe-Kilit bölgəsində 12 türk əsgərinin şəhid olması, cəmiyyətdə mövcud olan yüksək emosional gərginlik və potensial təxribat riski səbəbilə planlar dəyişdirilib.

PKK-nın çətir təşkilatı olan KCK mərasimdən sonra çəkiləcək video görüntülərin ekranlar vasitəsilə paylanacağını açıqlayıb. Məlumata görə, MİT və Türkiyə Silahlı Qüvvələri tədbirin şouya çevrilməməsi üçün öncədən təhlükəsizlik tədbirlərini sərtləşdirib.

Prezident Rəcəb Tayyib Ərdoğanla DEM Partiyası nümayəndələri arasında keçirilən görüşdə də bu məsələ gündəmə gəlib və canlı yayımın qarşısının alınması razılaşdırılıb.

DEM Partiyası tədbirin formatındakı dəyişikliklərin təxribatların qarşısının alınmasına yönəldiyini bildirib. Partiyadan verilən açıqlamada bildirilib ki, mərasim qapalı keçiriləcək, görüntülər yalnız sonradan təqdim ediləcək, jurnalistlərin və müşahidəçilərin əraziyə daxil olmasına icazə verilməyəcək.

Qeyd edək ki, PKK-nın silahları yerə qoyması ilə bağlı atılan bu addım Türkiyənin terrorla mübarizəsində mühüm mərhələ kimi dəyərləndirilir. Lakin ictimaiyyətə açıq keçirilməsi planlaşdırılan mərasimin formatı, şəhid xəbərləri və milli həssaslıq səbəbilə dəyişdirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice