9
BAKI, AzerVoice
Aralıq dənizində 5 bal gücündə zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 20:46-da (Bakı vaxtı ilə 21:46) baş verib. Yeraltı təkanların ocağı Türkiyənin Muğla vilayətinin Datça rayonundan 188 kilometr məsafədə, 7,37 kilometr dərinlikdə yerləşib.
Zəlzələ ilə bağlı hər hansı maddi zərər və ya insan tələfatı ilə bağlı məlumat verilməyib.