BAKI, AzerVoice, Nailə Babazadə
23 dekabr tarixində Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu təşkil olunacaq.
AzerVoice xəbər verir ki, forum Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslər, dövlət və özəl qurumların nümayəndələri, eləcə də işgüzar birliklər və ticarət-sənaye palatalarının təmsilçilərinin iştirakı nəzərdə tutulur.
Forum çərçivəsində regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi, eləcə də Dördüncü Sənaye İnqilabı mövzularına həsr olunmuş panel sessiyaları keçiriləcək.
İnvestisiya forumunda iştirak etmək istəyən Azərbaycan və Türkiyə sahibkarları qeydiyyatdan keçmək üçün müvafiq link vasitəsilə müraciət edə bilərlər.