Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    TDT çərçivəsində əməkdaşlıq dezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəmin yaradır - Əhməd İsmayılov

    18 Dekabr 2025 16:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlətlər, cəmiyyətlər və ekspert icmaları səviyyəsində əməkdaşlıq dezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəmin yaradır.

    AzerVoice xəbər verir ki, bunu Azərbaycanın Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Ankarada Türk Dövlətlərin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışı zamanı bildirib.

    "Bu gün biz getdikcə daha aydın anlayırıq ki, sosial şəbəkələrin sadəcə müşahidə edilməsi artıq kifayət qədər təsirli alət deyil. Daha dərin təhlilə və informasiyanın daha dəqiq identifikasiyasına ehtiyac yaranıb. Əgər əvvəllər informasiya qarşıdurması əsasən siyasi platformalarla məhdudlaşırdısa, bu gün vəziyyət köklü şəkildə dəyişib. Bir vaxtlar lokal və epizodik səciyyə daşıyan proses sistemli və çoxsəviyyəli hadisəyə çevrilib. Müasir texnologiyalar, rəqəmsal platformaların, media mühitinin və təsir alətlərinin inkişafı manipulyativ məzmunun yayılmasını demək olar ki, fasiləsiz prosesə çevirib. Bu şəraitdə ayrı-ayrı dövlətlər, bəzən bunu dərk etmədən belə, birbaşa dezinformasiya əməliyyatlarının hədəfinə çevrilirlər. Türk dövlətləri də bu kontekstdə yeni nəsil informasiya və rəqəmsal təhdidlərlə üzləşərək artan risk zonasındadırlar", – deyə o bildirib.

    Ə. İsmayılov qeyd edib ki, feyk məlumatların formaları mürəkkəbləşdikcə və daha təkmilləşdikcə, dezinformasiya kampaniyalarının miqyası da genişlənir.

    "Saxtalaşdırmalardan nə qədər fəal istifadə olunursa, onların hədəf dairəsi də bir o qədər genişlənir. Buna qarşı yalnız cəmiyyətin maarifləndirilməsi, xalqlarımızın intellektual çaşqınlıqdan qorunması və onlara zorla sırınan cəhalətdən azad edilməsi yolu ilə mübarizə aparmaq mümkündür. Bu isə həm cəmiyyətimizin yetkinliyinin, həm də dövlət institutlarının səmərəliliyinin göstəricisidir.

    İnformasiya hücumlarının getdikcə daha çox neytral və ya humanitar narrativlər adı altında altında maskalanması Azərbaycanda dezinformasiya problemini daha da dərinləşdirir. Xüsusilə ölkə genişmiqyaslı hədəflər və strateji layihələr həyata keçirdiyi dövrlərdə reallığın təhrifinə yönəlmiş müxtəlif kampaniyaların fəallaşmasını müşahidə edirik. Bu kampaniyalar qeyri-müəyyənlik, etimadsızlıq və gizli təzyiq mühitinin yaradılmasına əsaslanır, çox vaxt cəmiyyətə "alternativ baxışlar" adı altında saxta hekayələrin sırınması cəhdləri ilə müşayiət olunur", – deyə o əlavə edib.

    Ə. İsmayılovun sözlərinə görə, Azərbaycan hökumətinin nümayəndələri qlobal dezinformasiya mühitinin (feyk xəbərlər, dipfeyklər, alqoritmik manipulyasiyalar və süni intellekt imkanlarından sui-istifadə ) getdikcə daha fəal şəkildə təzyiq və müdaxilə aləti kimi istifadə olunacağını əvvəllər dəfələrlə xəbərdar edib.

    "Bu cür fəaliyyətlər təkcə milli səviyyədə cavab tədbirlərini deyil, həm də razılaşdırılmış, kollektiv müdafiə mexanizmlərini tələb edir. Belə müdafiənin əsasında cəmiyyətin şüurluluğu və dövlətlər arasında yüksək etimad səviyyəsi dayanır. Təhsil və analitik platformaların yaradılması, media savadlılığının inkişafı, informasiyanın tənqidi qavranılması üzrə dayanıqlı bacarıqların formalaşdırılması milli təhlükəsizliyin tərkib hissələri kimi dəyərləndirilməlidir. Bu, birbaşa KİV-in, vətəndaş cəmiyyətinin və dövlətlərarası əməkdaşlığın fəaliyyəti ilə bağlıdır. Biz həmçinin müşahidə edirik ki, xarici tendensiyalar getdikcə daha çox media məkanı vasitəsilə ictimai rəyə təsir göstərməyə çalışır. Hər bir dövlət üçün müstəqil, obyektiv və peşəkar şəkildə idarə olunan informasiya ekosisteminin mövcudluğu prinsipial əhəmiyyət daşıyır. Bu, ümumi gələcəyimiz üçün olduqca mühüm məsələdir", – deyə o vurğulayıb.

    Ə. İsmayılov bildirib ki, jurnalistlərin, ekspertlərin və analitiklərin yeni nəsli dəyərlərin təhrifindən və peşəkar deqradasiyadan qorunmalıdır.

    "Kadr hazırlığı proqramları, ixtisaslaşma, peşəkar ekspertiza və etik standartlar gələcək media mühitinin təməlidir. Biz əminik ki, dezinformasiyaya qarşı mübarizə parçalanmış şəkildə deyil, daimi dialoq, birgə tədqiqatlar və təcrübə mübadiləsi əsasında aparılmalıdır. Yalnız açıq əməkdaşlıq, təhdidlərin vaxtında təhlili və birgə cavab tədbirlərinin hazırlanması yolu ilə dayanıqlı nəticəyə nail olmaq mümkündür. Bu baxımdan Türkiyənin atdığı addımlar, eləcə də Türkiyə və Azərbaycanın informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş birgə təşəbbüsləri prinsipial əhəmiyyət kəsb edir. Aparılmış məsləhətləşmələr, ixtisaslaşmış mütəxəssislərin iştirakı, texnoloji həllərin tətbiqi və operativ reaksiya mexanizmlərinin inkişafı bu yolda mühüm mərhələlər olub", – deyə o bildirib.

    Ə. İsmayılov vurğulayıb ki, bütün bu tədbirlər cəmiyyətdə məsuliyyətli davranışın formalaşmasına, manipulyasiyaların yayılmasının qarşısının alınmasına və həm milli, həm də beynəlxalq informasiya məkanında etik normaların möhkəmləndirilməsinə xidmət edir.

    "Son olaraq, Türkiyə və Azərbaycan arasında qarşılıqlı fəaliyyət, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlətlər, cəmiyyətlər və ekspert icmaları səviyyəsində əməkdaşlıq dezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəmin yaradır. Bu istiqamət birgə platformaların və koordinasiya mexanizmlərinin gündəliyində əsas prioritetlərdən birinə çevrilməlidir", – deyə o qeyd edib.

    Qeyd edək ki, Ankarada keçirilən tədbirdə dövlət orqanlarının, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri və sahə üzrə ekspertlər iştirak edir. Azərbaycan tərəfini Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin Kommunikasiya Siyasəti sektorunun müdiri Cavid Musayev, həmin şöbənin Kütləvi İnformasiya vasitələri ilə əlaqələr sektorunun müdiri Kamran Qasımov, həmin şöbənin KİV ilə əlaqələr sektorunun baş məsləhətçisi Pərvanə İbrahimova, Media İnkişafı Agentliyinin icraçı direktor müavini Natiq Məmmədli, Trend BİA-nın direktor müavini və "Baku Network" Analitik Mərkəzinin rəhbəri Elçin Alıoğlu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Cavid Vəliyev, eləcə də APA İnformasiya Agentliyinin Beynəlxalq Əlaqələr və Analitika Departamentinin rəhbəri Faiq Məmmədov təmsil edirlər.

    Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə, ictimai rəylərə və regional sabitliyə təsiri, eləcə də müasir informasiya mühitində birgə fəaliyyətin praktik mexanizmləri müzakirə olunacaq. 2025-ci il üçün Türk Dövlətləri Təşkilatının informasiya sahəsində Fəaliyyət Planına uyğun olaraq forum media savadlılığı , informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə, beynəlxalq yayım və yeni nəsil jurnalistikası sahəsində bilik və təcrübə mübadiləsi platformasına çevriləcək.

    #Türk Dövlətləri Təşkilatının (TDT) #Medianın İnkişafı Agentliyi #Əhməd İsmayılov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin Türk ölkələri ilə ticarətində dinamika: ixrac azalıb, idxal artıb (ÖZƏL)

    11 Fevral 2026 18:00

    Türk Mədəniyyəti və İrsi Fondu prezidentinin Özbəkistana ilk rəsmi səfəri baş tutub

    26 Yanvar 2026 16:10

    MEDİA Azərbaycan Prezidenti adından “deepfake” texnologiyası ilə hazırlanmış saxta məlumatla bağlı açıqlama yayıb

    22 Yanvar 2026 17:37

    Vyanada Türk Həftəsi çərçivəsində Türk Dünyasının zəngin mədəni irsi və strateji vizyonu təqdim olunacaq

    12 Yanvar 2026 15:13

    Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

    12 Yanvar 2026 15:13

    Medianın İnkişafı Agentliyinin yaradılmasından beş il ötür

    12 Yanvar 2026 10:00

    Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif edilib

    24 Dekabr 2025 15:15

    “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb

    24 Dekabr 2025 13:40

    Enerji və ticarət sahəsində Azərbaycanla əməkdaşlıq möhkəmləndirilir - Ömər Bolat

    24 Dekabr 2025 13:06

    Trend əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar

    22 Dekabr 2025 15:38

    Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

    18 Dekabr 2025 15:52

    Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib

    17 Dekabr 2025 13:41
    XƏBƏR LENTİ

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Marta Kos Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.