Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kəsdən yaxşı anlayır - Cavid Musayev

    18 Dekabr 2025 18:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kəsdən yaxşı anlayır.

    AzerVoice-un xüsusi müxbiri xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin Kommunikasiya Siyasəti sektorunun müdiri Cavid Musayev Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışında deyib.

    “Bu gün Türkiyədə keçirilən forum sadəcə bir tədbir deyil — bu, bəyanatdır. Bu, xüsusi mənaya və böyük rəmzi dəyərə malik bir aktdır.

    Biz informasiya ekosisteminin misli görülməmiş təzyiq və transformasiyalara məruz qaldığı dövrdə yaşayırıq. Geosiyasi dəyişikliklər, dezinformasiyanın yayılması, rəqəmsal məkanın xaosu, texnoloji inqilablar - bunların hamısı süni intellektin mərkəzi rol oynadığı yeni reallıq formalaşdırır.

    Dünya dəyişir. Metodlar, təhdidlər dəyişir. Əgər hələ dünən təhdid deyəndə silahlı hücum nəzərdə tutulurdusa, bu gün - iqtisadi blokada, kiberhücum, informasiya təzyiqi nəzərdə tutulur. İnformasiya təhlükəsizliyinin pozulması artıq abstrakt təhdid deyil, suverenliyə birbaşa hücumdur”, - deyə o vurğulayıb.

    C.Musayev qeyd edib ki, hibrid təhdidlər gündəlik həyatın bir hissəsinə çevrilib:

    "İstənilən ölkə, öz kimliyini qorumaq istəyirsə, informasiya məkanına xarici müdaxiləyə qarşı öz müdafiə mexanizmlərini formalaşdırmalıdır. Burada söhbət yalnız dövlət təhlükəsizliyindən getmir. Hər bir vətəndaşın, hər bir ağlın, hər bir canın təhlükəsizliyi təhdid altındadır".

    Onun sözlərinə görə, bu gün informasiyanın qorunması yalnız milli təhlükəsizliyin bir komponenti deyil, onun təməlidir:

    “Forumun əlaqələndiricisi Burak Özkeminin də qeyd etdiyi kimi, informasiya təhlükəsizliyi real suverenliyin ayrılmaz hissəsidir. O, tamamilə yerində olaraq buna misal kimi Qarabağ hadisələrini göstərdi.

    Azərbaycan dezinformasiyaya qarşı mübarizə nə demək olduğunu hər kəsdən yaxşı anlayır. Biz bunu öz təcrübəmizdən bilirik. Beş il əvvəl, ordumuz işğal altında olan torpaqları azad etməyə başlayanda, paralel olaraq bizə qarşı qlobal media məkanında qarayaxma kampaniyası baş qaldırmışdı.

    Bu, qərb kanalları, sosial platformalar, saxta narrativlər vasitəsilə edilən kütləvi hücumlar idi . Amma biz geri çəkilmədik. Dik durduq. Və bu gün artıq öz mexanizmlərimiz, resurslarımız var. Biz qarşılıq verməyi öyrəndik.

    Biz beynəlxalq mediaya qapılarımızı açdıq. Xarici jurnalistlər gəldi və hər şeyi öz öz gözləri ilə gördülər — dağıdılmış şəhərləri, açılan atəşləri , dinc insanların iztirablarını. Hər gün brifinqlər keçirdik, düzgün və xronoloji dəqiq məlumat verdik və bu, saxta xəbərlərə qarşı ən yaxşı əks-hücum idi.”

    C.Musayev əlavə edib ki, Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsi dövründə xarici mediaya 30 müsahibə verib:

    “"BBC", "CNN", "Euronews", "Al Arabiya", "France 24", "TRT", "Anadolu Ajansı" — hamısı həqiqəti birbaşa eşitdi. Əsl Ali Baş Komandan hibrid müharibə şəraitində məhz belə davranır.”

    Sektor müdiri qardaş ölkələrin, xüsusilə Türkiyə mediasının Azərbaycanın yanında olduğunu vurğulayıb:

    “Biz hücumları çiyin-çiyinə dəf etdik. Və məhz həmin dövrdə, bu mübarizənin ən yüksək məqamında, Azərbaycan və Türkiyənin birgə informasiya platformasının yaradılması ideyası meydana gəldi.

    Beş il keçib. Birlikdə çox iş gördük. Bu gün biz bu işi davam etdiririk. Əməkdaşlığı dərinləşdiririk, birgə platformanı möhkəmləndiririk, dezinformasiyaya qarşı birgə fəaliyyət mexanizmlərini inkişaf etdiririk. Mən əminəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində belə platformanın yaradılması vacib və vaxtında atılmış addımdır.

    Biz bir ailəyik. Ortaq tariximiz, mədəniyyətimiz, dəyərlərimiz, hüquqi əsaslarımız var. Bu sadəcə alyans deyil — bu, Uca Tanrının bir bəxşişidir. Biz bu birliyi gücləndirməliyik.”

    C.Musayev son illərdə Türk Dövlətlər Təşkilatının, xüsusilə media və informasiya sahəsində, əmin addımlarla irəlilədiyini vurğulayıb. İlk dəfə TDT üzv ölkələrinin media forumu məhz Azərbaycanda keçirildi. Bu gün isə tarixdə ilk dəfə informasiya və media nazirlərinin görüşü keçirilir, görüşdə dövlət və media nümayəndələri, eləcə də ekspertlər iştirak edir.

    “Biz səylərimizi artırmalıyıq — manipulyasiyalara qarşı çıxmalı, informasiya dayanıqlığını möhkəmləndirməliyik. Amma bu kifayət deyil. Biz “media gigiyenası”ndan da danışmalıyıq — yəni burada söhbət sadəcə xəbəri oxumaqdan deyil, onun alt mətni, məqsədi, mənbəyini tanımaq bacarığından gedir. İnsanları tənqidi düşünməyi öyrətmək lazımdır. Çünki bu gün sosial şəbəkələr müharibə meydanına, manipulyasiyalar məkanına çevrilib. Əgər cəmiyyətimizi doğrunu yalandan ayırmağa öyrətməsək, şüur uğrunda müharibəni uduzmaq riski ilə üzləşə bilərik. Və biz məhz buna görə buradayıq.

    Azərbaycan qlobal müzakirələrin mərkəzinə çevrilir. Biz artıq Şuşada üçüncü qlobal media forumunu keçirdik — işğaldan azad edilmiş, rəmzi şəhərdə. Tədbirin keçirildiyi yer də dünyaya bir mesajdır. Prezident İlham Əliyevin sözlərinə görə, Türk Dövlətlər Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Biz buna əminik. Bu sadəcə söz deyil. Bu strateji seçimdir. Və bu seçim birdəfəlik edilib”, - deyə sektor müdiri bildirib.

    Qeyd edək ki, Ankarada keçirilən forumda dövlət orqanlarının, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri və sahə üzrə ekspertlər iştirak edir. Azərbaycan tərəfini Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin Kommunikasiya Siyasəti sektorunun müdiri Cavid Musayev, həmin şöbənin Kütləvi informasiya vasitələri ilə əlaqələr sektorunun müdiri Kamran Qasımov, həmin şöbənin KİV ilə əlaqələr sektorunun baş məsləhətçisi Pərvanə İbrahimova, Medianın İnkişafı Agentliyinin icraçı direktor müavini Natiq Məmmədli, Trend BİA-nın direktor müavini və "Baku Network" Analitik Mərkəzinin rəhbəri Elçin Alıoğlu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Cavid Vəliyev, eləcə də "APA" İnformasiya Agentliyinin Beynəlxalq Əlaqələr və Analitika Departamentinin rəhbəri Faiq Məmmədov təmsil edirlər.

    Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə, ictimai rəylərə və regional sabitliyə təsiri, eləcə də müasir informasiya mühitində birgə fəaliyyətin praktik mexanizmləri müzakirə olunacaq. 2025-ci il üçün Türk Dövlətləri Təşkilatının informasiya sahəsində Fəaliyyət Planına uyğun olaraq forum media savadlılığı , informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə, beynəlxalq yayım və yeni nəsil jurnalistikası sahəsində bilik və təcrübə mübadiləsi platformasına çevriləcək.

    #Ankara #44 günlük Vətən müharibəsi #TRT #Euronews #Azərbaycanda dezinformasiyaya qarşı mübarizə #Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsi #Cavid Musayev #Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu #informasiya ekosistemi #BBC #CNN #Al Arabiya #France 24 #Anadolu Ajansı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib

    31 Yanvar 2026 13:36

    Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir

    29 Yanvar 2026 16:41

    İran XİN rəhbəri Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 14:24

    Şavkat Mirziyoyev Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 12:37

    Türkmənistan–Türkiyə Hökumətlərarası Komissiyasının 9-cu iclası Aşqabadda keçiriləcək

    28 Yanvar 2026 17:12

    İrana hücum müharibəni yenidən alovlandırmaq deməkdir - Hakan Fidan

    28 Yanvar 2026 14:37

    Türkiyənin ticarət naziri Türkmənistana gedəcək

    28 Yanvar 2026 11:14

    Suriyanın sərvətləri terrora yox, xalqın rifahına xidmət etməlidir - Ərdoğan

    27 Yanvar 2026 19:29

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    Prezident İlham Əliyev: Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər

    20 Yanvar 2026 16:50

    Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür

    20 Yanvar 2026 16:36

    Prezident İlham Əliyev: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük

    20 Yanvar 2026 16:30
    Demo
    XƏBƏR LENTİ

    Epşteyn sənədlərində Zöhran Mamdaninin anasının adı da yer alıb

    Bu gün Klaus Fuksun Sovetlərə atom bombası məlumatlarını ötürdüyü üzə çıxdı

    Tarixdə bu gün - 2 fevral

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.