17
BAKI,
AzerVoice
Aralıq dənizində Muğla sahillərində 3,6 bal gücündə zəlzələ qeydə
alınıb.
AzerVoicexəbər verir ki, Türkiyənin
Fəlakət və Fövqəladə Halların İdarəetmə Agentliyi (AFAD) bu gün
səhər saatlarında Aralıq dənizində zəlzələ baş verdiyini
açıqlayıb.
Məlumata görə, zəlzələnin episentri Muğlanın Datça rayonunun
sahilinə yaxın ərazidə yerləşib. Yeraltı təkanların 7 kilometr
dərinlikdə və 3,6 bal gücündə olduğu bildirilib.
Qeyd edək ki, ilkin məlumata əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Regionda yeraltı təkanlar mütəmadi olaraq baş verdiyi üçün AFAD və digər əlaqədar qurumlar vəziyyəti nəzarətdə saxlayır.