11
BAKI, AzerVoice
Bu gün İstanbulda və ətraf bölgələrdə hiss olunan zəlzələ qeydə
alınıb.
AzerVoice xəbər verir ki, yeraltı
təkanlar şəhərin bir çox rayonunda aydın şəkildə hiss olunub,
vətəndaşlar binalardan çölə çıxıblar.
Hazırda Afad və Kandilli Rəsmədar tərəfindən zəlzələnin dəqiq episentri, şiddəti və dərinliyi ilə bağlı araşdırmalar aparılır. Zəlzələnin xüsusilə Avropa və Anadolu yakası daxil olmaqla bir çox bölgədə qısa müddətli panikaya səbəb olduğu bildirilib.
İlkin məlumatlara görə, hələlik heç bir ciddi dağıntı və ya insan tələfatı qeydə alınmayıb, lakin rəsmi orqanlar vətəndaşları ehtiyatlı olmağa və təlimatlara əməl etməyə çağırırlar.
Əlavə məlumat verildikcə xəbər yenilənəcək.