BAKI,
AzerVoice
ABŞ səfirindən F-35 açıqlamas; - İlin sonuna qədər həll oluna
bilər.
AzerVoice xəbər verir ki, ABŞ-ın
Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak
Türkiyənin F-35 proqramına yenidən daxil olması məsələsində ilin
sonuna qədər konkret nəticələrin əldə olunacağını bildirib.
O, İzmirə səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada bu
istiqamətdə əhəmiyyətli irəliləyişlər gözlədiklərini qeyd edib.
ABŞ səfiri Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald
Trampın Haaqa NATO Sammitindəki görüşündən sonra F-35 mövzusunun
sürətlə yenidən gündəmə gəldiyini vurğulayıb/
“İlin sonuna qədər bu məsələni həll edə biləcəyimizə inanırıq. ABŞ Konqresi də müzakirələrə yenidən baxmağa hazırdır.”- deyəo qed edib.
Barak, tərəflərin uzun illərdir davam edən F-35 məsələsini
geridə qoymaq istədiklərini deyərək, Türkiyənin regional
sabitlikdəki rolunu da xüsusi vurğulayıb. Onun sözlərinə görə,
Yaxın Şərqdə sülhün açarı Türkiyənin əlinə keçə bilər.
Səfir eyni zamanda İsrail-İran gərginliyi fonunda yeni bir
diplomatik yolun açılmasının vacibliyini qeyd edərək, “Hazırda
İsrail öz xarici siyasətini yenidən müəyyənləşdirməlidir. Bu
prosesdə Türkiyə mühüm vasitəçi ola bilər.”- deyə vurğulayıb.
Suriyada ABŞ-ın əsas tərəfdaşlarından biri olan SDQ (PKK/YPG-nin əsas təşkil etdiyi koalisiya) ilə bağlı da danışan Barak, bu strukturun gələcəkdə Suriya hökumətinə inteqrasiya edilməsinin vacibliyini bildirib.
“Yeni Suriyada tək legitim orqan dövlət olacaq və SDQ siyasi və hərbi baxımdan bu sistemə inteqrasiya olunmalıdır. Bu proses zaman tələb edir.”- deyə o bildirib.
Qeyd edək ki, Türkiyə F-35 proqramından S-400 hava müdafiə sistemlərini alması səbəbilə 2019-cu ildə çıxarılmışdı. Ankara bu qərarın ədalətsiz olduğunu bildirib və proqramdakı hüquqlarının bərpasını tələb edir.