Əsas səhifə » Eurofighter tədarükü üzrə əməkdaşlıq uğurla davam edir - Fidan

Eurofighter tədarükü üzrə əməkdaşlıq uğurla davam edir - Fidan

BAKI, AzerVoice

Müdafiə sənayesində əməkdaşlıq müsbət irəliləyir, Eurofighter tədarükü gündəmdədir.

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşüb.

Görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, müdafiə sənayesi və regional məsələlər də müzakirə olunub.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Hakan Fidan Eurofighter qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı müvafiq qurumlar arasında işlərin davam etdiyini bildirib.

"Müdafiə sənayesində əməkdaşlığımız çox yaxşı gedir. Eurofighter satınalmalarından tutmuş digər sahələrdə də qurumlarımız və şirkətlərimiz effektiv işləyirlər", – deyə Fidan vurğulayıb.

Qeyd edək ki, Türkiyə uzun müddətdir müasir qırıcı təyyarə parkını genişləndirmək və alternativlər üzərində işləmək məqsədilə müxtəlif ölkələrlə danışıqlar aparır. Eurofighter Typhoon təyyarələrinin tədarükü bu istiqamətdə əsas gündəm mövzularından biridir.

Digər Kateqoriyalar

2025 © Azervoice