BAKI, AzerVoice
"Tesla" və "SpaceX" şirkətlərinin baş direktoru İlon Mask, Trampın qanun layihəsinə qarşı tənqidlərini daha da sərtləşdirib.
AzerVoice xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Belə ki, Mask, X sosial şəbəkəsində yazıb ki, qanun layihəsinin xüsusilə günəş, külək, geotermal, nüvə və batareya kimi gələcəyin enerji mənbələrinə yüksək vergilər gətirdiyini vurğulayıb. O, bu yanaşmanın həm iqtisadi, həm də iqlim baxımından bərpası olmayan zərərlərə səbəb olacağını bildirib.
“Keçmişin sənayeləri təşviq alan zaman, gələcəyin sektorları isə cəzalandırılır” - deyə, Mask qeyd edib.
Layihədə əks-səda doğuran digər bir maddə isə, polad istehsalında istifadə olunan kömürə yeni subsidiya verilməsidir. İlon Mask bu addımın iqlim dəyişikliyi ilə mübarizəyə birbaşa zərər verəcəyini və iqtisadi baxış çatışmazlığını ortaya qoyduğunu bildirib. O bir neçə həftə əvvəl də bu layihəni “iyrənc bir biabırçılıq” adlandıraraq, bu qanunun ləğv olunmasına dair çağırış etmişdi.
Xatırladaq ki, İlon Mask daha əvvəl Trampın yenidən seçilmə kampaniyasına 250 milyon dollardan çox maliyyə dəstəyi vermiş, hətta Trampın dövründə yaradılan və mübahisələrə səbəb olan Hökumət Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etmişdi. Lakin layihə ilə bağlı tənqidlərdən sonra Tramp, Maskın şirkətləri ilə bağlanmış dövlət müqavilələrini yenidən nəzərdən keçirəcəyini bildirib. Bu açıqlama "Tesla" səhmələrində 14 faizlik ciddi enişə səbəb olub. Mask baş verənlərdən sonra bəzi paylaşımlarından peşman olduğunu desə də, Senat səsverməsinə saatlar qalmış yenidən sərt tənqidlərinə davam edib.