Əsas səhifə » İsrail-İran atəşkəsini alqışlayırıq - Türkiyə MN

İsrail-İran atəşkəsini alqışlayırıq - Türkiyə MN

BAKI,AzerVoice

İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq və atəşkəsin tam şəkildə həyata keçirilməsini və daimi atəşkəsin yaradılmasını gözləyirik.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) sözçüsü Zeki Aktürk mətbuat konfransı zamanı bildirib.

Nazirlik həmçinin Qəzzada də ən qısa zamanda dayanıqlı atəşkəsin əldə edilməsinin vacibliyini bildirib.

"Qəzzada daimi atəşkəsin təmin olunması, humanitar yardımların fasiləsiz şəkildə çatdırılması və davamlı sülh prosesinin başlaması zəruridir"- deyə Aktürk bildirib.

Türkiyə rəsmiləri bölgədə gərginliyin azaldılması və diplomatik yollarla münaqişələrin həlli istiqamətində beynəlxalq ictimaiyyəti fəallığa çağırır.

Digər Kateqoriyalar

2025 © Azervoice