BAKI, AzerVoice
Qırmızı bülletenlə axtarılan 11 cinayətkar Türkiyəyə göndərilib.
AzerVoice xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında 12 nəfər cinayətkarın, o cümlədən 11-i qırmızı bülletenlə, 1-i isə milli səviyyədə axtarışda olan şəxsin Türkiyəyə gətirildiyini açıqlayıb.
Nazir bildirib ki, son kabinet dönəmində ümumilikdə 383 cinayətkarın göndərilməsi təmin olunub. “Onların kürəyindəyik, bizdən qaça bilməyəcəklər”, – deyə Yerlikaya qeyd edib.
Axtarışda olan S.B., M.İ., E.K., R.Ş., Ş.Ç., E.C.Ç., E.Ö., A.A., M.K., R.B. və M.B. beynəlxalq axtarışla, A.Y. isə milli səviyyədə axtarışla tutulub və ABŞ, Almaniya, İtaliya, Fransa, Yunanıstan, Monteneqro, Gürcüstan, Kosovo və Polşadan Türkiyəyə təhvil verilib.
Qeyd edək ki, əməliyyatlar Ədliyyə Nazirliyi ilə yanaşı, Təhlükəsizlik Baş İdarəsinin İnterpol-Avropol Departamenti və digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilib.
Qeyd edək ki, Ali Yerlikaya əməliyyatda iştirak edən bütün dövlət qurumlarına və əməkdaşlara təşəkkür edib, xüsusilə İnterpol-Avropol Departamentini təbrik edib.