Əsas səhifə » Türk Hava Yolları Avropanın ən yaxşı Wi-Fi xidməti mükafatı alıb

Türk Hava Yolları Avropanın ən yaxşı Wi-Fi xidməti mükafatı alıb

BAKI, AzerVoice

Türk Hava Yolları "Avropanın Ən Yaxşı Uçuşda Wi-Fi Xidməti" mükafatını qazanaraq Türkiyə adına bu sahədə ilk beynəlxalq uğura imza atıb.

AzerVoice xəbər verir ki, Türk Hava Yolları (THY) APEX (Airline Passenger Experience Association) tərəfindən təşkil edilən 2025-ci il mükafatlarında “Avropanın ən yaxşı uçuşda Wi-Fi xidməti” kateqoriyasında birinci yerə layiq görülüb.

Uzun məsafəli uçuşlarda təqdim etdiyi fasiləsiz, sürətli və etibarlı internet xidməti sərnişin məmnuniyyətini maksimum səviyyəyə çatdırıb

THY-nin sosial media hesabında bu münasibətlə edilən paylaşımda ,
“Dünyanın ən çox ölkəsinə uçan aviaşirkət kimi APEX 2025 mükafatlarında ‘Avropanın Ən Yaxşı Wi-Fi Xidməti’ mükafatını ilk dəfə ölkəmizə gətirməkdən qürur duyuruq. Ən yaxşı Wi-Fi təcrübəsi ilə buludların üstündə əlaqədə qalın.” - deyə bildirilib.

THY-nin rəqəmsal transformasiya strategiyası çərçivəsində həyata keçirdiyi sərmayələr sayəsində sərnişinlər artıq təyyarə salonunda yüksək sürətli internet, canlı TV və onlayn əyləncə xidmətlərindən yararlana bilir.

Qeyd edək ki, bu mükafat APEX-in sərnişin rəyləri və texniki qiymətləndirmələri əsasında təqdim olunur və dünya aviasiyasında ən nüfuzlu mükafatlardan sayılır.

Digər Kateqoriyalar

2025 © Azervoice