BAKI, AzerVoice
Türkiyədə FETÖ-nün gizli polis şəbəkəsinə qarşı aparılan əməliyyatda 21 nəfər nəzarətə alınıb.
AzerVoice xəbər verir ki, İstanbul
Respublika Prokurorluğunun Təhlükəsizlik Müdirliyi tərəfindən
aparılan istintaq çərçivəsində FETÖ/ gizli polis strukturuna qarşı
eyni vaxtda 14 vilayətdə əməliyyat keçirilib.
Əməliyyat zamanı 16-sı aktiv və ya keçmiş polis olmaqla, ümumilikdə
21 şübhəli saxlanılıb.
İstanbul, Ankara, Aydın, Antalya, Balıkəsir, Batman, Ərzincan, Qaziantep, İzmir, Kahramanmaraş, Mardin, Muğla, Samsun və Sivasda həyata keçirilən əməliyyatlarda 13 hazırkı polis əməkdaşı, işdən çıxarılmış 6 nəfər və 2 gizli polis saxlanılıb.
Hazırda şübhəlilərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, FETÖ-nün dövlət qurumlarında gizli strukturlar formalaşdırdığı və xüsusilə təhlükəsizlik orqanlarında sızma strategiyası həyata keçirdiyi barədə illərdir istintaq aparılır.