Əsas səhifə » Bakıda Malayziya–Azərbaycan əməkdaşlığına dair iqtisadi və turizm seminarı keçiriləcək

Bakıda Malayziya–Azərbaycan əməkdaşlığına dair iqtisadi və turizm seminarı keçiriləcək

Bakı. AzerVoice

2 iyul 2025-ci il tarixində Malayziya Səfirliyinin təşəbbüsü ilə Hilton Bakı otelində “İqtisadi və turizm əməkdaşlığı vasitəsilə Malayziya–Azərbaycan əlaqələrinin gücləndirilməsi” adlı seminar təşkil olunacaq.

Tədbirin əsas məqsədi Malayziyanın iqtisadi, sənaye, turizm və investisiya sahələrindəki imkanlarını Azərbaycan ictimaiyyətinə və biznes nümayəndələrinə təqdim etmək, iki ölkə arasında əməkdaşlıq perspektivlərini genişləndirməkdir.

Seminar çərçivəsində aşağıdakı əsas mövzulara diqqət yetiriləcək:

Malayziyanın turizm və ticarət imkanlarının təqdimatı

Sənaye və investisiya sahələrində əməkdaşlıq potensialının qiymətləndirilməsi

“2026: Malayziyaya Səyahət İli” təşəbbüsünün rəsmi elan olunması

Eyni zamanda, tədbir Malayziyanın zəngin mədəni irsini və turizm potensialını daha yaxından tanıtmaqla yanaşı, Azərbaycan və Malayziya arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması üçün platforma rolunu oynayacaq. İştirakçılar arasında dövlət nümayəndələri, sahibkarlar və turizm sektorunun əsas oyunçuları yer alacaq.

Tədbirlə bağlı məlumat:

Tarix: 2 iyul 2025 (Çərşənbə)

Vaxt: 10:00 – 12:30

Məkan: Hilton Baku, Lazurit Hall, 2-ci mərtəbə

Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/1qQ2F_MNbsSd7apCRyjwyqf8Si29wHB3UVchV0QtozE8/edit?ts=68525572

Digər Kateqoriyalar

2025 © Azervoice