Əsas səhifə » Türk dünyası vahiddir, parçalanmaz - Kurtulmuş

Türk dünyası vahiddir, parçalanmaz - Kurtulmuş

BAKI, AzerVoice

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, NATO Parlament Sədrləri Zirvəsi çərçivəsində Belçikanın paytaxtı Brüsseldə səfərdə olarkən, TOBB-un Brüssel nümayəndəliyində türk jurnalistlərlə görüş keçirib, gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

AzerVoice xəbər verir ki, Səmərqənd Bəyanatına istinad edilərək verilən “Bəzi Türk dövlətlərinin bəyanatda Cənubi Kiprlə bağlı BMT qətnamələrini qəbul etməsi, Türkiyənin bu dövlətlərə münasibətinə təsir göstəribmi?” sualına cavabında Kurtulmuş bildirib ki, bəzi dairələr Türkiyə ilə Türk dövlətləri arasında münasibətləri pozmaq üçün bu kimi mövzulardan istifadə etməyə çalışırlar, lakin həmin məsələ artıq geridə qalıb.

O, bu müddət ərzində Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Azərbaycan rəsmiləri ilə bu məsələləri müzakirə etdiklərini bildirib:
“Türkiyə, Türk coğrafiyasında yerləşən bütün dövlətlərlə həm hökumət, həm də dövlət səviyyəsində çox yaxşı münasibətlərə malikdir. Ən önəmlisi isə, bu xalqlar qardaşdır, bir bütövün parçalarıdır.”

Numan Kurtulmuş həmçinin qeyd edib ki, Orta Asiyadan Avropaya qədər uzanan geniş bir coğrafiyada 300 milyonluq türk əhalisi yaşayır və bu, böyük strateji və mədəni dəyərdir.

Digər Kateqoriyalar

2025 © Azervoice