Əsas səhifə » Türkiyə XİN ABŞ-ın İrana hücumu ilə bağlı bəyanat yayıb

Türkiyə XİN ABŞ-ın İrana hücumu ilə bağlı bəyanat yayıb

BAKI, AzerVoice

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın İranın nüvə obyektlərinə etdiyi hücumla bağlı bəyanat yayıb.

AzerVoice xəbər verir ki, bəyanatda deyilir:

“Türkiyə, ABŞ tərəfindən İranın nüvə obyektlərinə edilən hücumun mümkün nəticələrindən dərin narahatlığını bildirir. Bu hücum regiondakı gərginliyin genişlənməsi riskini ən yüksək səviyyəyə çatdırıb. İranın nüvə proqramı ilə bağlı yaranan fikir ayrılıqları yalnız danışıqlar yolu ilə həll olunmalıdır.”

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice